• Ana səhifə
  • Bank Hesabındakı Pul Bütün Mənzərəni Göstərmir - FChain

Bank Hesabındakı Pul Bütün Mənzərəni Göstərmir - FChain

Pul Hesabda Çox Olması Biznesin Yaxşı Vəziyyətdə Olduğu Demək Deyil

Bir çox sahibkar günə eyni şəkildə başlayır, internet bankçılığa daxil olur və hesabdakı qalığa baxır. Məbləğ yüksəkdirsə, biznesin yaxşı getdiyi təəssüratı yaranır. Lakin bank çıxarışı yalnız pul vəsaitlərinin hərəkətini göstərir. Şirkətdə baş verənlərin tam mənzərəsini isə əks etdirmir.

Məsələn, bu gün şirkətin hesabında böyük məbləğ ola bilər. Amma həmin vəsaitin bir hissəsi artıq əməkhaqqı, təchizatçılara ödənişlər, vergilər, icarə və digər xərclər üçün nəzərdə tutulub.

Yəni hesabdakı məbləğ şirkətin sərbəst istifadə edə biləcəyi vəsaiti olduğundan daha böyük göstərə bilər.

Əks vəziyyət də mümkündür.

Hesabda pul azdır və sahibkar narahat olmağa başlayır. Halbuki bir neçə gün ərzində müştərilərdən əhəmiyyətli məbləğdə ödənişlərin daxil olması gözlənilir. Belə halda mövcud vəziyyət maliyyə problemini deyil, biznesin adi pul dövriyyəsini əks etdirə bilər.

Yalnız bank çıxarışına baxmaqla aşağıdakı suallara cavab vermək mümkün deyil:

  • biznes mənfəətlə işləyirmi;
  • müştərilərin sizə nə qədər borcu var;
  • qarşıda hansı öhdəliklər üzrə ödənişlər var;
  • hansı xərclər artıb;
  • şirkətin maliyyə vəziyyəti nə dərəcədə dayanıqlıdır.

Bunun üçün mühasibat uçotu məlumatlarına və onların düzgün təhlilinə ehtiyac var.

Bank çıxarışı “Bu gün nə qədər pulumuz var?” sualına cavab verir.

Mühasibat uçotu isə daha vacib bir sualı cavablandırmağa kömək edir:

“Biznesdə nə baş verir və bunun səbəbi nədir?”

Məhz buna görə düzgün biznes qərarları yalnız hesabdakı pul qalığına əsaslanmamalıdır. Mühasibat məlumatları şirkətin maliyyə vəziyyətinə daha geniş baxmağa və rəqəmlərin əslində nə dediyini anlamağa imkan verir.

Sahibkara məsləhət

Yalnız bank hesabındakı qalığa baxmaqla kifayətlənməyin. Ayda ən azı bir dəfə mühasibinizdən pul vəsaitlərinin qalığı ilə yanaşı, debitor borcları, kreditor borcları və maliyyə nəticələri barədə məlumat istəyin. Bu göstəricilərə birlikdə baxmaq biznesin real vəziyyətini daha obyektiv qiymətləndirməyə imkan verir.

 

Məqalə müəllifi Emil Nəzərov

Mühasibatlıq Departamentinin Meneceri

🌐 az.f-chain.com
📩 baku@f-chain.com
📞 (+994 55) 235 86 03/ (+994 012) 505 23 30
📍35C, Mətbuat prospekti, Bakı, Azərbaycan

 

Mühasibatlıq Vergi Orqanı Üçün Deyil, Biznes Sahibi Üçündür

Geri

Məsləhətləşmə

Bizə yazın və ya ən yaxın ofisi tapın