• Ana səhifə
  • Mühasibat və vergi üzrə məsləhət ximətləri - Financial Chain Corporation - Bakı

Mühasibat və vergi üzrə məsləhət ximətləri - Financial Chain Corporation - Bakı

Məsləhət Xidmətləri

Daim təkmilləşdirilən qanunvericiliyin tələblərinə əsasən, dövlət qeydiyyatından keçmiş hər bir müəssisə mühasibat, vergi və maliyyə uçotu aparmalıdır. Bu, təsərrüfat fəaliyyələrinin fasiləsiz olaraq sənədləşdirilməsi, onların təhlili, hesabatların tərtib edilməsi və daha sonra müvafiq orqanlara verilməsi prosesini nəzərdə tutur. Mühasibat uçotunun düzgün aparılmasında ilk növbədə qanun qarşısında məsuliyyət daşıyan müəssisə rəhbərləri maraqlıdır. Əksər hallarda müəyyən sahədə işləyən və bir sıra spesifik əməliyyatlarla kifayətlənən ştatlı mühasibin qanunvericilikdəki dəyişikliklərə bələd olması çətindir. Məhz buna görə mühasibat uçotu və vergilərlə bağlı müstəqil mütəxəssislərin verdiyi məsləhətlər müasir bazarın tələbatı olan bir zərurətdir. Şirkətimizin autsorsinq və konsaltinq sahəsində çoxillik uğurlu iş təcrübəsi var, buna görə müəssisə rəhbərliyinin yüksək ixtisaslı iqtisadçılardan, hüquqşünaslardan mühasibatla bağlı aldığı məsləhətlər mühasibat və vergi risklərinin minimuma endirilməsində güclü vasitədir.

Maddi faydanı (məsləhətlər alınmasının dəyəri daimi əsaslarla ştatlı mühasibatçılar saxlamaqdan dəfələrlə ucuzdur) da nəzərə alsaq, nəticə göz önündədir.

Vergilərlə bağlı məsləhətlər

Çox vaxt qanunvericilikdəki dəyişikliklər məhz vergilərin hesablanması və ödənilməsi sahəsinə aid olur, vergi mübahisələrinin həllində uğur isə mühasibat kargüzarlığının aparılmasındakı incə məqamlar haqqında məlumatlılığın nəticəsidir. Şirkətimiz Azərbaycanda vergilərlə bağlı yüksək səviyyəli məsləhətlər təklif edir. Bu məsləhətlər təkcə hüquqi normaların deyil, həm də konkret bir müəssisənin fəaliyyət aspektlərinin izah edilməsindən ibarətdir. Hüquqşünasın vergilərlə bağlı məsləhəti rəhbərlərin və baş mühasiblərin vergi qanunvericiliyi sahəsində ən aktual məlumatlarla tanış olmasına kömək edəcək. Bu məsləhətlərin qiyməti fərdi olaraq müəyyən edilir. Bakıda “Vergi məsləhətləri” xidmətindən faydalanmaq üçün saytda təqdim edilmiş telefon nömrələrinə zəng etmək və sifariş formalaşdırmaq kifayətdir. Qanunvericilik bazası ilə bağlı istənilən suallara cavablar, hüquq normalarının izahı, onların təcrübədə tətbiqi, nəzarət orqanı ilə vergi mübahisələrinin incəlikləri ətraflı şəkildə açıqlanacaq. Siz autsorsinq haqqında müqavilə çərçivəsində daimi əsaslarla konsaltinq xidmətlərindən istifadə edə və ya konkret məsələ ilə bağlı birdəfəlik məsləhət ala bilərsiniz. Biznesinizin inkişafı üçün keyfiyyətli xidmət göstəriləcəyinə, fərdi yanaşmaya və hər bir müştəri üçün əlverişli qiymətlərə zəmanət veririk.

 

Məsləhətləşmə

Bizə yazın və ya ən yaxın ofisi tapın