• Ana səhifə
  • Miqrasiya xidmətləri - Financial Chain Corporation - Azərbaycan

Miqrasiya xidmətləri - Financial Chain Corporation - Azərbaycan

Miqrasiya xidmətləri

FCHAİN şirkəti 2002-ci ildən Azərbaycanda miqrasiya xidmətləri göstərir və ən başından özünü bazarda biznesdə etibarlı tərəfdaş kimi doğruldub.

Bizim mütəxəssislərimiz Azərbaycan miqrasiya qanunvericiliyinin xüsusiyyətlərini gözəl bilir, buna görə də miqrasiya ilə bağlı qarşınızda duran istənilən məsələni ən optimal şəkildə həll etməyi üzərimizə götürürük.

Şirkətimizin miqrasiya xidmətlərinə aşağıdakılar daxildir:

  1. Viza ilə Azərbaycana gələn xarici vətəndaşlara konsultasiya yardımının və digər yardımların göstərilməsi (dəvətnamənin rəsmiləşdirilməsi daxil olmaqla). Biz sizə ölkədə qanuni yaşayış üçün zəruri olan sənədləri əldə etməyə kömək edəcəyik.
  2. Müvəqqəti miqrasiya uçotuna alınması və uçotdan çıxarılması üçün yardım göstərilməsi. Ölkəyə 15 gündən çox müddətə gələn hər bir qonaq Azərbaycan Dövlət Miqrasiya Xidmətində qeydiyyatdan keçməlidir. Bu zaman, dövlət sərhədini keçdikdən sonra bu prosedur üçün 10 gün verilir. Viza ilə gələn xarici vətəndaşlar vizanın açıldığı qalma müddəti üçün qeydiyyatdan keçirlər. Azərbaycana vizasız rejim formatına əsasən gələn ölkə qonaqları 90 gün üçün qeydiyyatdan keçirlər. Biz nüansları başa düşməyinizə və miqrasiya uçotuna vaxtında alınmağınıza kömək edəcəyik.
  3. İş icazələrinin rəsmiləşdirilməsi üçün yardım göstərilməsi. Layiqli qazanc mənbəyi axtarışında olan bir çox insan Azərbaycana gəlir və bu məsələ də bir sıra bürokratik məsələlərin həlli ilə bağlıdır. Belə ki, məşğulluq imkanı ilə müvəqqəti yaşamaq icazəsi (özünüz və ailə üzvləriniz üçün), eləcə də fərdi iş icazəsi almaq üçün müraciət etmək məqsədilə müəyyən sənədlər paketi toplamaq lazım olacaq. Biz sizə bütün sənədləri mümkün qədər doğru şəkildə toplamaqda və rəsmiləşdirməkdə kömək edəcəyik, belə ki, sizə həmin icazələrin verilməsindən imtina edilməsin.
  4. Vizaların müddətlərinin, yaşayış və iş icazələrinin sona çatması barədə vaxtında məlumat verilməsi. Təcrübə göstərir ki, çox vaxt Azərbaycan Respublikasına gələn və Azərbaycan Respublikasında əmək fəaliyyəti ilə məşğul olan və ya, məsələn, təhsil alan xarici vətəndaşlar, icazələrin bitmə müddətlərinə nəzarət etmirlər. Adətən onların bir çox başqa işləri və qayğıları olur, icazələrin vaxtında uzadılmaması isə deportasiyaya qədər xoşagəlməz hallarla nəticələnə bilər. Buna görə də, biz sənədlərinizin hər hansı birinin etibarlılıq müddətinin başa çatması və bu halı aradan qaldırmaq (bəlkə də, mütəxəssislərimizin köməyi ilə) barədə sizi xəbərdar etmək məsuliyyətini üzərimizə götürə bilərik.
  5. Xarici vətəndaşların Azərbaycan ərazisində müvəqqəti yaşamaq üçün icazə müddətinin uzadılmasına yardım edilməsi. Əvvəlki xidmətin təsvirində qeyd edildiyi kimi, miqrasiya xidmətinin sizi deportasiya etmək hüququndan istifadə etməsinə əngəl olmaq üçün icazələrin müddəti vaxtında uzadılmalıdır. Biz bu məsələni tez və heç bir çətinlik olmadan həll edə bilərik.
    Azərbaycanda iş icazəsi almaq üçün lazım olan sənədlər hər bir konkret halda dəyişə bilər, odur ki, şəxsi məsləhətləşmələr üçün bizə müraciət edin!

Fərdi iş icazəsi 1 il müddətinə verilir və eyni müddət üçün dörd dəfə uzadıla bilər. Qeyd edək ki, [xarici vətəndaşlar] Azərbaycan Respublikasında rəsmi olaraq yalnız digər ölkələrin vətəndaşları ilə işləmək üçün lisenziyası olan şirkətdə işə düzələ bilərlər.

Bir sıra hallarda iş icazəsi almaq lazım deyil: məsələn, fərdi sahibkarlar, beynəlxalq təşkilatların əməkdaşları, akkreditə olunmuş media işçiləri və s. üçün.

İstənilən vəziyyətdə peşəkar miqrasiya yardımı

Bizim bilik və təcrübəmiz probleminizin həlli üçün mümkün olan bütün yolları görməyə və sizə ən optimal təklif etməyə yardım edəcəkdir. Biz sizə təcrübə olmadıqda mürəkkəb və anlaşılmaz olan vəzifələri yerinə yetirməkdə – sənədlərin toplanmasında, icazələrin alınmasında, müddətlərinin uzadılmasında kömək edəcəyik. Sizdən tələb olunan yalnız bizə müraciət etməkdir!

Məsləhətləşmə

Bizə yazın və ya ən yaxın ofisi tapın