• Ana səhifə
  • Bakıda hüquqi və mühasibatlıq tapşırıqlarının autsorsinq və autstaffinqi.

Bakıda hüquqi və mühasibatlıq tapşırıqlarının autsorsinq və autstaffinqi.

Autsorsinq və autstaffinq

Qanunvericiliklə demək olar ki tənzimlənməyən, amma eyni zamanda qanuni və effektiv olan münasibətlər bir çox təsərrüfatçılıq subyektləri tərəfindən tətbiq edilir. Bakıda personalın autstaffinqi və autsorsinqi geniş yayılmış hadisədir, belə ki müəssisənin xərclərini və uçotun aparılmasını oprimallaşdırmağa şərait yaradır. Lakin personalın autsorsinqi və autstaffinqi yalnız şirkətimizin təmin edəcəyi daimi hüquqi müşayiət şərtilə effektiv ola bilər. Yüksək ixtisaslı hüquqşünas-praktiklər şirkət sahibkarlarına müəssisənin profilinə uyğun olmayan funksiyaların  yerinə yetirilməsindən imtina etməyə imkan yaradan və eyni zamanda müəssisənin normal fəaliyyətini təmin edilməsi üçün zəruri olan müstəqil autsorserlərdir. Siz diqqətinizi əsas biznes-məqsədlərinizdə cəmləyə bilər, biz isə onların yerinə yetirilməsini təmin  edə bilərik! Fərdi yanaşma, müştərinin maraqlarının nəzərə alınması və belə xidmətlər üzrə çevik qiymət qoyma  siyasəti şirkətimizin sahib olduğu danılmaz üstünlüklərdir.

Sizi personalın autstaffinqi, autsorsinqi və lizinqi maraqlandırırsa, sizin məhz bizim şirkətimizlə əməkdaşlığa ehtiyacınız var. Hüquqşünaslarımızın, mühasiblərimizin, maliyyəçilərimizin böyük təcrübəsi və yüksək ixtisası istənilən təşkilati-hüquqi formaya sahib müəssisə sahibkarlarına (rəhbərlərinə) Azərbaycanda personalın autsorsinqi üzrə ən yüksək səviyyəli xidmətlər göstərməyə imkan yaradır. Personalın icarəsi, autsorsinq müəssisədə çalışan muzdlu işçilərin sayının qanuni yolla məhdudlaşdırılması imkanıdır. Lakin bizim təqdim etdiyimiz “personalın icarəsi” xidməti sizə yalnız vergi üstünlükləri vermir. Belə ki, kadrlar üzrə xidmətlərin autsorsinqi kadrlar üzrə sənədləşmənin aparılması zərurətindən azad olmaq deməkdir. Bu zaman kadrlar üzrə sənədlərin nəzərəçarpan azalması da baş verir və nəticədə personalın axtarışı zərurəti də itir. Sahibkar artıq işçilərin işə qəbulu, işdən azad edilməsi, məsuliyyətə cəlb edilməsi ilə məşğul olmaq məcburiyyətində deyil. Şirkətimizlə müqavilə bağladıqdan sonra yuxarıda sadalanan bütün problemlər artıq bizim problemlərimizə çevrilir! Amma bu da hələ hamısı deyil. Bizim şirkətimizlə əməkdaşlıq sizə:

  • Müəssisədə çalışan işçilərinin sayının azalması sayəsində əlillər üçün iş yerlərinin yaradılması üzrə kvotanın azaldılmasına;
  • Ofislərin saxlanması və onlara xidmət göstərilməsi üzrə xərcləri azaltmağa;
  • Xidmətlərin göstərilməsi üzrə ixtisaslaşan şirkətimizdən yüksək keyfiyyətli xidmətlər əldə etməyə imkan verəcəkdir.

Tam məxfilik, müştərinin istənilən arzusuna operativ reaksiya, əməkdaşlarımızın yüksək səviyyəli məlumatlılığı və peşəkarlığı, sahibkarların maraqlarının müdafiə edilməsi, təqdim edilən xidmətlərin keyfiyyəti, fərdi yanaşma və xidmətlərin aşağı tarifləri – şirkətimizlə əməkdaşlıq biznesiniz üçün şübhəsiz üstünlükdür. Saytımızda göstərilən telefon nömrələri ilə məsləhət üçün müraciət edin və özünüz buna əmin olun!

Məsləhətləşmə

Bizə yazın və ya ən yaxın ofisi tapın