• Ana səhifə
  • Bakıda təsisçi sənədlərinə dəyişikliklərin edilməsi.

Bakıda təsisçi sənədlərinə dəyişikliklərin edilməsi.

Təsis sənədlərinə dəyəşikliklərin edilməsi

Hamı bu qaydanı bilir ki, dünyanı informasiyaya malik olan biri idarə edə bilər. Amma söhbət biznesdən gedirsə, bu iddianın aktuallığı daha da artır. Qanunvericilik daim təkmilləşir, biznes aləmi sürətlə inkişaf edir, buna görə təsis sənədlərində dəyişikliklər gecikmədən reaksiya verilməsini tələb edən həyati zərurətdir. Şirkətimizin böyük hüquqi bilik ehtiyatına malik olan əməkdaşları istənilən mərhələdə fiziki şəxslərə (onların nümayəndələrinə) təsis sənədlərinə aktual dəyişikliklərin edilməsində köməklik göstərməyə hazırdırlar. Hüquqi məsələlərdə yüksək səviyyəli səriştə, bazar konyunkturasındakı dəyişikliklərə operativ reaksiya, fərdi yanaşma və elastik qiymət siyasət – biz öz müştərilərimizə bu üstünlükləri təklif etməyə hazırıq. Müştəridən tələb olunan tək şey onun üçün tərtib edilmiş təsis sənədlərinə dəyişikliklər edilməsi haqqında ərizəni imzalamaq, qalan işləri isə bizim mütəxəssislərimizə həvalə etməkdir.

Təsis sənədlərinə dəyişikliklərin edilməsi qaydası

Bizim dəstəyimizi almaqla, təsis sənədlərinə dəyişikliklər edilməsi artıq sizin üçün vaxt və qüvvə tələb edən problem olmayacaq. Fərdi qaydada müəyyən olunan demokratik qiymətlərlə bu xidməti göstərən şirkətimiz hüquqi şəxsin təsis sənədlərinə dəyişikliklər edilməsi haqqında qərar qəbul edildikdən sonra bütün müddətlərə ciddi şəkildə riayət ediləcəyinə zəmanət verir, bu isə firmanızı potensial riskdən – inzibati məsuliyyətdən azad edəcək. Bu çətin yolun məsləhətlər verən və problemlərdən uzaq olmağa kömək edən yüksək ixtisaslı hüquqşünaslarla birlikdə keçilməsi mütləq uğurla nəticələnəcək, belə ki, təsis sənədlərindəki dəyişikliklərin qeydiyyatı bizim keyfiyyətlə həyata keçirdiyimiz işimizdir.

Zəhmətli və məsuliyyətli işə başlamazdan əvvəl hüquqşünaslar nizamnamənin hansı bəndində dəyişikliklərə ehtiyac olduğunu müəyyən edəcəklər:

  • Hüquqi şəxsin adı;
  • Onun hüquqi ünvanı;
  • Nizamnamə kapitalının payları və ölçüləri;
  • Filiallar, habelə nümayəndəliklər haqqında məlumat;
  • Menecment qaydası (gəlirlərin bölüşdürülməsi və s.).

İş məhz bunun əsasında aparılacaq. Ola bilər ki, siz firmanızın adını dəyişdirməyi, yeni filial açmağı, yeni binaya köçməyi və ya investorlarla əməkdaşlıq etməyi qərara almısınız. Hüquqşünaslarımız qısa müddət ərzində sizin MMC-nin nizamnaməsində müvafiq dəyişikliklər edilməsinə kömək edəcəklər. Bunun üçün saytda əlaqə vasitələri bölməsində təqdim edilmiş telefon nömrələri ilə bizə müraciət etməyiniz kifayətdir. Biz dərhal, ləngimədən işə başlayacağıq və siz bu işin nəticələrindən məmnun qalacaqsınız.

Məsləhətləşmə

Bizə yazın və ya ən yaxın ofisi tapın