İnsan Resursları üzrə audit - FChain

İnsan Resursları üzrə audit

İnsan Resursları sahəsində aparılan auditor yoxlamaları İnsan Resursları funksiyasının konkret təcrübə sahələrinin və ya proseslərinin adekvat, hüquqi və effektiv xarakter daşıyıb-daşımadığını müəyyən etməyə imkan verir. Bu icmaldan əldə olunan nəticələr İnsan Resursları təcrübəsində yaranan boşluqları aşkar etməyə yardımçı ola bilər. İnsan Resursları şöbəsi məhkəmə mübahisəsi və ya qaydaların pozulması kimi halları minimuma endirmək, habelə İnsan Resurslarının əsas təcrübə sahələrində dünya səviyyəli rəqabət qabiliyyətinə nail olmaq və onu qoruyub saxlamaq üçün həmin boşluqların aradan qaldırılmasını prioritet məsələ kimi müəyyən edə bilər.

Əksər hallarda auditor yoxlamaları hüquqi risk sahələrini müəyyən etməklə yanaşı, şirkətə onun İnsan Resursları strategiyasının rəqabətədavamlılığı haqqında məlumat verir, bu sahədə fəaliyyət göstərən digər işəgötürənlərin qabaqcıl təcrübələrini və ya İnsan Resursları sahəsində biznes tərəfdaşları qismində atılan addımları araşdırır. Əslində, İnsan Resursları sahəsində aparılan auditor yoxlamaları problemləri aşkar etmək və idarəolunmaz həddə çatmamışdan əvvəl onları həll etmək məqsədi daşıyır. Bu tipli yoxlamalar təşkilatın doğru addımlarını qiymətləndirmək, habelə ayrı-ayrı işləri fərqli şəkildə, daha effektiv qaydada və ya az xərclə yerinə yetirməyin yolunu müəyyən etmək imkanı verir.

Ekspertlərdən ibarət komandamız aşağıdakı audit növlərini təklif edir:

İnsan Resurslarının auditi vaxt, büdcə və personal məhdudiyyəti nəzərə alınmaqla, hərtərəfli və ya konkret istiqamətə yönəldilmiş şəkildə təşkil oluna bilər. Müxtəlif audit növləri mövcuddur. Onların hər biri ayrı-ayrı məqsədlərə nail olmaq üçün nəzərdə tutulur. Ən geniş yayılmış növlərin bəzilərinə nəzər salaq:

  • Uyğunluq. Təşkilatın qüvvədə olan yerli qanunvericiliyə nə dərəcədə riayət etdiyini müəyyən edir.
  • Qabaqcıl təcrübələr. Təşkilatın təcrübələrini İnsan Resursları sahəsində mövcud olan dünya səviyyəli qabaqcıl təcrübələr və müasir tendensiyalar ilə müqayisə etməklə, rəqabət üstünlüyünü qoruyub saxlamaqda və yaxşılaşdırmaqda təşkilata yardımçı olur.
  • Strateji xarakterli. İnsan Resursları strategiyalarının Biznes Strategiyası ilə uyğunluq təşkil edib-etmədiyini müəyyən etmək üçün sistemlərin və proseslərin güclü və zəif tərəflərini aşkar edir, habelə üfüqi və şaquli inteqrasiyanın müvəffəqiyyət səviyyəsini qiymətləndirir.
  • Funksional-spesifik xarakterli. İnsan Resursları funksiyasında konkret sahəyə istiqamətlənir (məsələn, təhsil və ixtisasın artırılması, əmək haqqının hesablanması, fəaliyyətin effektivliyinin idarə edilməsi və s).

Təklif etdiyimiz İnsan Resursları Auditi yeddi əsas addımı özündə ehtiva edir ki, Müştəri ilə onların hər biri barəsində əvvəlcədən müzakirə aparılır.

  • Auditin əhatə dairəsinin və növünün müəyyən edilməsi,
  • Audit üçün sorğu və yoxlama siyahısının (siyahılarının) işlənib hazırlanması,
  • Məlumatların toplanması,
  • Əldə olunmuş nəticələrin müqayisəli təhlili və analizi,
    Nəticələr haqqında əks-əlaqənin hesabat formasında təqdim edilməsi,
  • Tövsiyələr üzrə hesabatın təqdim olunması və ya inkişafa dair tədbirlər planının işlənib hazırlanması,
  • Davamlı inkişaf üçün əlverişli şərait yaratmaq.

Müştərinin istəyindən asılı olaraq, İnsan Resursları Auditi ilə əlaqədar yuxarıda sadalanan yeddi addımın hamısını və ya bir neçəsini seçmək mümkündür.

Məsləhətləşmə

Bizə yazın və ya ən yaxın ofisi tapın