• Ana səhifə
  • Xarici Rəhbərlərin Diqqətinə: Vergi Borcu və Ölkədən Çıxış Məhdudiyyətləri - FChain

Xarici Rəhbərlərin Diqqətinə: Vergi Borcu və Ölkədən Çıxış Məhdudiyyətləri - FChain

Xarici şirkət rəhbərlərinin nəzərinə: Konstitusiya məhkəməsindən “Vergi borcu və ölkədən çıxış qadağası” qərarı!

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 mart 2026-cı il tarixli qərarı ilə biznes idarəçiliyinə birbaşa təsir edən mühüm hüquqi məsələyə aydınlıq gətirilib.

Qərarın mahiyyəti nədir? Qanunvericiliyə əsasən, vergi borcu olan yerli hüquqi şəxslərin rəhbərlərinin ölkədən getmək hüququ məhkəmə qaydasında məhdudlaşdırıla bilərdi. Məhkəmə təcrübəsində yaranan qeyri-müəyyənlikdən sonra Konstitusiya Məhkəməsi rəsmi şərh verdi: Bu qayda eynilə xarici hüquqi şəxslərin ölkədə fəaliyyət göstərən filial və nümayəndəliklərinin rəhbərlərinə də şamil edilir.

Yəni, xarici şirkətin yerli filialının vergi borcu (və ya faizləri) vaxtında ödənilmədikdə, həmin filialın rəhbərinin (xarici və ya yerli vətəndaş olmasından asılı olmayaraq) ölkədən çıxışına qadağa qoyula bilər. Lakin məhkəmə vurğulamışdır ki, bu tədbir mütənasib olmalı və qəsdən yayınma sübut edilməlidir.

FCHAIN ilə hüquqi və maliyyə risklərinizi öncədən sığortalayın

Xüsusən beynəlxalq menecerlər və ekspat rəhbərlər üçün gözlənilməz sərhəd qadağaları həm şəxsən, həm də korporativ imic baxımından ağır nəticələrə yol aça bilər.

Financial Chain Corporation (FCHAIN) olaraq, idarə etdiyimiz korporativ hüquq, mühasibatlıq və vergi autsorsinqi xidmətləri çərçivəsində rəhbərlərinizin təhlükəsizliyini tam təmin edirik. Vergi auditləri və borc tənzimləmələrini dərindən təhlil edərək, rəhbər heyətin bu növ radikal məhdudiyyətlərlə qarşılaşmaması üçün preventiv tədbirlər görürük. Vergi və hüquq məsələlərində FCHAIN ekspertizasına arxalana bilərsiniz.

Qərarın tam mətni ilə bu linkdən tanış ola bilərsiniz : https://constcourt.gov.az/az/decision/1506

 

Dövlət İdarəçiliyində Rəqəmsal İnnovasiyalar

Geri

Məsləhətləşmə

Bizə yazın və ya ən yaxın ofisi tapın