- Ana səhifə
- Sosial Media Fəaliyyəti üçün Yeni Fəaliyyət Kodu Tətbiq Olundu - FChain
Sosial Media Fəaliyyəti üçün Yeni Fəaliyyət Kodu Tətbiq Olundu - FChain
Rəqəmsal iqtisadiyyatın sürətli inkişafı sosial media platformalarını yalnız ünsiyyət vasitəsi deyil, həm də biznes və kommersiya fəaliyyətinin mühüm istiqamətlərindən birinə çevirib. Əgər sosial media üzərindən reklam, sponsorlu əməkdaşlıq və ya xarici platformalardan gəlir əldə edirsinizsə, yeni fəaliyyət kodunun fəaliyyətinizə tətbiq olunub-olunmadığını müəyyənləşdirməyiniz vacibdir. Rəqəmsal iqtisadiyyatın inkişafı fonunda Dövlət Vergi Xidməti sosial media fəaliyyətinin ayrıca təsnifatlandırılması istiqamətində mühüm addım atıb. 2026-cı ilin iyul ayından etibarən 6312003 – “Rəqəmsal platforma təsirçisi” fəaliyyət kodu tətbiq olunub.
Bu fəaliyyət kodunun tətbiqi rəqəmsal iqtisadiyyatın inkişafı və sosial media üzərindən gəlir əldə edən şəxslərin sayının artması fonunda həyata keçirilən vergi inzibatçılığı tədbirlərinin tərkib hissəsidir.
Bu dəyişikliklər kimlərə şamil olunur?
- Sosial media influenserləri
- Kontent yaradıcıları
- YouTube, TikTok və digər platformalar vasitəsilə gəlir əldə edən şəxslər
- Sosial media üzərindən reklam xidməti göstərən şəxslər
- Blogerlər
Bu yenilik sizə nə qazandırır?
Yeni fəaliyyət kodu sosial media fəaliyyətinizin rəsmi şəkildə qeydiyyata alınmasına, fəaliyyətinizə uyğun vergi öhdəliklərinin müəyyən edilməsinə və gəlirlərinizin şəffaf şəkildə bəyan edilməsinə kömək edir.
Aşağıdakı fəaliyyətlərlə məşğulsunuzsa, yeni fəaliyyət kodu və vergi öhdəlikləri sizin üçün də aktual ola bilər.
- Sosial media hesablarınızda reklam yerləşdirirsiniz;
- Brendlərlə sponsorlu əməkdaşlıq edirsiniz;
- Xarici platformalardan və ya biznes tərəfdaşlarından gəlir əldə edirsiniz;
- YouTube, TikTok və digər platformalarda yaratdığınız məzmun hesabına gəlir qazanırsınız.
Fəaliyyətinizi qanunvericiliyə uyğun qurmaq istəyirsiniz?
Komandamız sosial media fəaliyyəti ilə məşğul olan şəxslərə aşağıdakı istiqamətlər üzrə peşəkar dəstək göstərir:
- VÖEN qeydiyyatının təşkili
- Fəaliyyətinizə uyğun İFNT kodunun müəyyən edilməsi
- Xarici platformalardan əldə olunan gəlirlərin vergi baxımından analizi
- Vergi yoxlamaları zamanı peşəkar dəstək
- Mühasibat uçotunun düzgün təşkili və Vergi Hesabatlarının hazırlanması
Sosial Media yalnız yaradıcılıq platforması deyil, eyni zamanda biznes fəaliyyətidir. Bu səbəbdən fəaliyyətin ilk gündən qanunvericiliyin tələblərinə uyğun qurulması vergi risklərini minimuma endirəcək, eyni zamanda brendlər və tərəfdaşlarla əməkdaşlıq zamanı etibarını gücləndirəcəkdir.
Sosial media fəaliyyətinizin hansı vergi rejiminə uyğun olduğunu, yeni fəaliyyət kodunun sizə necə tətbiq ediləcəyini və vergi öhdəliklərinizin necə formalaşdığını müəyyən etmək üçün peşəkar məsləhət almağınız tövsiyə olunur.
Komandamız sosial media fəaliyyətinizin düzgün rəsmiləşdirilməsi, vergi öhdəliklərinizin müəyyən edilməsi və mühasibat uçotunun təşkili üzrə sizə peşəkar dəstək göstərməyə hazırdır.
Məqalə müəllifi Vüqar Hüseynzadə
Məsləhətləşmə
Bizə yazın və ya ən yaxın ofisi tapın