• Ana səhifə
  • Azərbaycanda Nağdsız Ödənişlər Üzrə Yeni Vergi Güzəştləri - FChain

Azərbaycanda Nağdsız Ödənişlər Üzrə Yeni Vergi Güzəştləri - FChain

Nağdsız ödənişlər üzrə yeni vergi güzəştləri: Sahibkarlar üçün nə dəyişir?

Vergi Məcəlləsinə edilmiş son dəyişikliklərlə sahibkarlar üçün nağdsız ödənişlərin təşviqinə yönəlmiş yeni vergi güzəştləri tətbiq edilib. Bu dəyişiklik xüsusilə ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər, tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər üçün vergi yükünün optimallaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Əsas vergi güzəşti

Vergi Məcəlləsinin 174.5-ci maddəsinə əsasən, tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər üçün 2024-cü il 1 yanvardan, ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər üçün isə 2026-cı il 1 yanvardan etibarən 3 il müddətində POS-terminal vasitəsilə qəbul edilən nağdsız ödənişlər üzrə formalaşan dövriyyənin 50 faizi ƏDV tutulan ümumi dövriyyədən çıxılır. Bu güzəşt nəticəsində yaranan iqtisadi fayda isə Vergi Məcəlləsinin 106.1.34-cü maddəsinə əsasən mənfəət vergisindən azad edilir.

Güzəştin tətbiqi şərtləri

Lakin bu güzəştlərdən qanunvericiliyin tələblərinə uyğun istifadə etmək üçün bir sıra şərtlərə ciddi diqqət yetirmək lazımdır:

  • Fəaliyyətin qanunda nəzərdə tutulan subyektlərə aid olması:
  • Ödənişlərin POS-terminal vasitəsilə nağdsız qaydada qəbul edilməsi:
  • POS-terminalın nəzarət-kassa aparatına inteqrasiya olunmuş şəkildə işləməsi:
  • Mühasibat və vergi uçotunun qanunvericiliyin tələblərinə uyğun aparılması.

Biznes üçün əsas məsələ nədir?

Praktikada əsas məsələ güzəştin mövcudluğu deyil, müəssisənin həmin güzəştdən istifadə hüququnun və qanunda nəzərdə tutulmuş şərtlərə uyğunluğunun düzgün qiymətləndirilməsidir.  Çünki hər bir müəssisənin fəaliyyət istiqaməti, dövriyyəsi və daxili əməliyyat xüsusiyyətləri fərqlidir. Buna görə də vergi güzəştlərinin tətbiqi hər bir biznes üzrə ayrıca qiymətləndirilməlidir.

Düzgün tətbiq edildikdə bu mexanizm müəssisələrə vergi öhdəliklərini daha səmərəli idarə etməyə, vergi risklərini azaltmağa və maliyyə resurslarından daha effektiv istifadə etməyə imkan yaradır.

Vergi güzəştlərindən düzgün yararlanmaq üçün qanunda nəzərdə tutulmuş şərtlərin əvvəlcədən qiymətləndirilməsi və vergi uçotunun düzgün təşkili xüsusi əhəmiyyət daşıyır.

Sizə necə dəstək ola bilərik?

Vergi üzrə peşəkar komandamız biznesinizə aşağıdakı istiqamətlərdə dəstək göstərə bilər:

  • Güzəştdən yararlanma hüququnun qiymətləndirilməsi;
  • Qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğunluğun yoxlanılması;
  • Əməliyyatlarınızın vergi nəticələrinin təhlil edilməsi;
  • Azərbaycan Respublikasının vergi qanunvericiliyi çərçivəsində vergi yükünün optimallaşdırılması;
  • Mühasibat və vergi uyğunluğu proseslərinin gücləndirilməsi.

Bu qanunvericilik dəyişikliklərinin biznesinizə necə təsir edə biləcəyini qiymətləndirmək istəyirsinizsə, ilkin məsləhətləşmə üçün komandamızla əlaqə saxlaya bilərsiniz.

🌐 az.f-chain.com
📩 baku@f-chain.com
📞 (+994 55) 235 86 03/ (+994 012) 505 23 30
📍Mətbuat pr.35C, Bakı, Azərbaycan

 

Bəzi Sənaye-İstehsal Sahələrində Ədv ilə Bağlı Güzəştlərin Tətbiqi

Geri

Məsləhətləşmə

Bizə yazın və ya ən yaxın ofisi tapın