- Ana səhifə
- Rəqəmlərin Arxasında Gizlənən Həqiqətlər: Mühasibə Verəcəyiniz 5 Sual - FChain
Rəqəmlərin Arxasında Gizlənən Həqiqətlər: Mühasibə Verəcəyiniz 5 Sual - FChain
Əksər biznes sahibləri mühasibə yanlış suallar verirlər. Bəs hansı sualları vermək lazımdır?
Biznesinizi daha yaxşı anlamağa kömək edəcək mühasibə veriləcək 5 sual
Bir çox şirkətdə mühasiblə söhbət eyni suallarla bitir:
— Bütün hesabatlar təqdim olunub? Vergilər ödənilib? Hər hansı cərimə varmı?
Əlbəttə, bunlar vacib suallardır. Amma bu suallar yalnız bir məsələni göstərir — şirkət dövlət qarşısındakı öhdəliklərini yerinə yetirirmi? Bəs biznesin özü necə? Əgər biznes sahibi qərarlarını rəqəmlərə əsasən vermək istəyirsə, o zaman mühasiblə mütəmadi olaraq tamamilə başqa sualları müzakirə etməlidir.
- Keçən ayla müqayisədə nə dəyişib?
Mühasibdən sadəcə hesabatı göstərməsini istəməyin. Dəyişiklikləri izah etməsini xahiş edin.
- Nə artıb? Nə azalıb? Hansı göstəricilər daha çox dəyişib?
Bəzən belə bir söhbət problem mənfəətə təsir etməzdən əvvəl onu aşkar etməyə kömək edir.
- Hansı xərclər artıb və səbəbi nədir?
Xərclərin artması hər zaman pis hal deyil. Əsas məsələ səbəbi anlamaqdır.
Bu mövsümi amillərlə bağlıdır? Satış həcminin artması ilə? Təchizatçı qiymətlərinin yüksəlməsi ilə? Yoxsa xərclər obyektiv səbəb olmadan artır?
Belə təhlil olmadan biznes sahibi yalnız yekun məbləği görür, amma onun arxasında nə dayandığını anlamır.
- Hansı müştərilər ödənişləri gecikdirir?
Satışın baş verməsi pulun daxil olması demək deyil. Əgər bir neçə müştəri ödəniş müddətlərini mütəmadi pozursa, bu, zamanla pul axını problemi yarada bilər.
Öhdəliklərin ödənilməsi zamanı vəsait çatışmazlığı ilə üzləşməkdənsə, bunu əvvəlcədən bilmək daha yaxşıdır.
- Sizi narahat edən göstəricilər varmı?
Yaxşı mühasib yalnız rəqəmləri qeyd etmir, həm də dəyişikliklərə diqqət yetirir. Məsələn:
- debitor borcları sürətlə artır;
- ehtiyatlar çoxalır;
- pul vəsaitlərinin qalığı azalır;
- bəzi xərc maddələri artır.
Məhz belə siqnallar vaxtında düzgün qərar qəbul etməyə kömək edə bilər.
- Gələn ay mən nəyə diqqət etməliyəm?
Bu, yəqin ki, ən vacib sualdır. O, söhbəti keçmişin müzakirəsindən yaxın gələcəyin planlaşdırılmasına keçirir.
Məhz belə müzakirələr mühasibatlığı sadəcə uçot sistemi deyil, faydalı idarəetmə alətinə çevirir.
Yaxşı mühasib yalnız sənədlər hazırlamır. O, rəhbərə rəqəmləri daha yaxşı anlamağa, dəyişiklikləri görməyə və şirkətin fəaliyyətinə təsir edə biləcək tendensiyaları vaxtında hiss etməyə kömək edir.
Bunun üçün hər zaman mürəkkəb hesabatlar lazım deyil. Bəzən əsas göstəricilər üzrə müntəzəm söhbət kifayət edir.
Biznes sahibləri üçün tövsiyə
Hər ayın sonunda mühasiblə qısa görüş üçün bir gün ayırın. Əsas göstəricilərin 20–30 dəqiqə müzakirəsi belə, izahsız onlarla səhifə hesabatı nəzərdən keçirməkdən daha faydalı ola bilər.
Məqalə müəllifi Emil Nəzərov
Mühasibatlıq Vergi Orqanı Üçün Deyil, Biznes Sahibi Üçündür
🌐 az.f-chain.com
📩 baku@f-chain.com
📞 (+994 55) 235 86 03/ (+994 012) 505 23 30
📍Mətbuat pr.35C, Bakı, Azərbaycan
Məsləhətləşmə
Bizə yazın və ya ən yaxın ofisi tapın