• Ana səhifə
  • Yeni "Maliyyə icarəsi haqqında" Qanun: Lizinq bazarında nə dəyişir? - FChain

Yeni "Maliyyə icarəsi haqqında" Qanun: Lizinq bazarında nə dəyişir? - FChain

2026-cı ilin iyun ayında qəbul edilmiş “Maliyyə icarəsi haqqında” Azərbaycan Respublikasının Qanunu və onun tətbiqinə dair Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə maliyyə icarəsi (lizinq) sahəsində ilk dəfə ayrıca hüquqi tənzimləmə yaradılmışdır.

Yeni qanuna əsasən, maliyyə icarəsi fəaliyyəti Azərbaycan Respublikasının Mərkəzi Bankının nəzarəti altında həyata keçiriləcək. Bu fəaliyyətlə məşğul olan hüquqi şəxslər Mərkəzi Bankın reyestrinə daxil edilməli, minimum kapital və digər prudensial tələblərə cavab verməli, daxili risk idarəetmə və uyğunluq sistemləri yaratmalı, həmçinin kredit reyestri və çirkli pulların yuyulmasına qarşı qanunvericiliyin tələblərinə əməl etməlidirlər.

Qanun eyni zamanda maliyyə icarəsi müqavilələrinin hüquqi çərçivəsini, tərəflərin hüquq və vəzifələrini, habelə maliyyə icarəsinin tətbiq meyarlarını daha dəqiq müəyyən edir. Prezidentin Fərmanına əsasən isə bu sahədə tətbiq olunacaq prudensial tələblərin hazırlanması və təsdiqi Mərkəzi Banka həvalə edilmişdir.

Yeni qanun rəsmi dərc edildiyi tarixdən 6 ay sonra qüvvəyə minəcək və fəaliyyət göstərən lizinq şirkətləri müəyyən edilmiş keçid müddəti ərzində yeni tələblərə uyğunlaşmalıdır.

Financial Chain Corporation maliyyə icarəsi fəaliyyəti üzrə yeni qanunvericiliyə uyğunlaşma, hüquqi təhlil və tənzimləyici tələblərin icrası ilə bağlı peşəkar hüquqi dəstək göstərir.

 

Xarici Rəhbərlərin Diqqətinə: Vergi Borcu və Ölkədən Çıxış Məhdudiyyətləri

Geri

Məsləhətləşmə

Bizə yazın və ya ən yaxın ofisi tapın