İR mütəxəssisləri üçün təlimlər - FChain

İR mütəxəssisləri üçün təlimlər

Biz davamlı təlim və inkişafın vacibliyinə əminik. Məhz buna görə biz İR mütəxəssislərin təlimi proqramını işləyib hazırlamışıq və onu yeni tendensiyalara, yeniliklərə və müştərilərimizin gözləntilərinə uyğun olaraq mütəmadi olaraq yeniləyirik.

Bizim təlimlər videomateriallar, qrup məşğələləri, rol oyunları və s. köməyi ilə interaktiv rejimdə keçirilir. Biz hesab edirik ki, təlim əyləncəli olmalıdır. Xoş duyğuların və praktiki tapşırıqların əlavə edilməsi ilə, material daha yaxşı mənimsənilir və onu peşəkar fəaliyyətlərdə tətbiq etmək daha asand olur.

Bizim Tədris Mərkəzimiz təklif olunan kursların sayını artırmaq üçün çalışır, buna görə də təlimlərimiz aşağıdakılarla məhdudlaşmayan mövzuları daxil edir:

Təlim Müddəti Qısa təsviri Şərhlər
Personalın idarə edilməsinin əsasları 8 saat Kadrlar şöbəsinin əsas iş proseslərinin öyrənilməsi, personalın idarə edilməsinin müasir metodlarının və personalla iş üzrə mütəxəssisə olan tələblərin nəzərdən keçirilməsi. Ustad dərsi və ya təlim formatında ola bilər. Yeni başlayan kadrlar üzrə mütəxəssislər və orta səviyyəli mütəxəssislər üçün uyğundur.
Kadralrın idarə edilməsi strategiyası 8 saat Qlobal tendensiyaların, onların şirkətə və onun kadrlar şöbəsinin işinə təsirinin müəyyən edilməsi. Üfüqi və şaquli inteqrasiya, strateji düşüncə və biznesin inkişafında kadrlarla iş üzrə mütəxəssisin rolu. Ustad dərsi və ya təlim formatında ola bilər. Əsasən kadrlar üzrə orta səviyyəli mütəxəssislərə / rəhbərlərə / menecerlərə yönəldilmişdir.
İdarəetmə strategiyasının dəyişdirilməsi. Necə nəzarət etmək? 8 saat Bu prosesdə kadr işçisinin rolunu vurğulamaqla strategiyanın müxtəlif modellərinin və sxemlərinin dəyişdirilməsinin təsviri. Ustad dərsi və ya təlim
formatında ola bilər. Orta və daha yüksək səviyyəli mütəxəssislərə yönəldilmişdir. Yalnız kadrlarla iş üzrə mütəxəssislər üçün deyil, başqaları üçün də faydalı ola bilər.
Rotasiyalar və personalın seçilməsi (I) 8 saat Kadrların rotasiyası və işə götürülməsinin bütün aspektlərini təsvir edir, konsepsiyalardakı əsas fərqləri izah edir və bu proseslərin bütün mərhələlərinin mahiyyətini təsvir edir. İşəgötürmə strategiyalarının müzakirəsi, kadr resurslarının, rotasiyaların planlaşdırılması, işçilərin qorunub saxlanması və s. Kurs 1 gün üçün nəzərdə tutulmuşdur, məşğələlər qrupda və ya fərdi olaraq keçirilir. Ustad dərsi və ya təlim formatında keçirilə bilər. Həm prosesi ümumi olaraq öyrənmək məqsədilə personalla iş üzrə orta və yüksək səviyyəli mütəxəssislər üçün, həm də bu proseslərin xüsusiyyətlərini öyrənmək məqsədilə peşəkar işə götürənlər üçün nəzərdə tutulmuşdur.
Müsahibə aparmaq bacarıqlarına dair təlim (II) 8 saat Həm müsahibə aparmaq üsullarının nəzəri öyrənilməsini, həm də onların tətbiqi üçün praktiki tapşırıqları daxil edir. Müsahibə aparanların bacarıqlarının artırılmasına yönəldilmişdir. Müsahibələrin aparılması üçün əsas modellər və üsullar müzakirə olunur. Kurs 1 gün üçün nəzərdə tutulmuşdur, məşğələlər qrupda və ya fərdi olaraq keçirilir. Ustad dərsi və ya təlim formatında ola bilər. Yeni başlayan kadrlar üzrə mütəxəssislər və orta səviyyəli mütəxəssislər üçün uyğundur.
Biznes etikası və normalara uyğunluq 8 saat Beynəlxalq və yerli qanunvericilikdə etika və normaların başlıca elementlərini nəzərdən keçirmək. Mümkün fırıldaqçılıq hallarının, informasiya təhlükəsizliyi siyasətinin və daxili siyasətin pozulması hallarının və s. müzakirə edilməsi. Ustad dərsi və ya təlim formasında təqdim oluna bilər. Bütün işçilər üçün uyğundur.

Məsləhətləşmə

Bizə yazın və ya ən yaxın ofisi tapın