- Ana səhifə
- Bakıda FChain-dan audit xidmətləri
Bakıda FChain-dan audit xidmətləri
Audit və ekspertiza, bütünlükdə və ya hissə-hissə – özünüz seçin!
Şirkət rəhbərliyinin mühasibat, maliyyə və vergi uçotunun bütün aspektləri barədə son dərəcə dəqiq məlumatı olmadığı təqdirdə maliyyə-təsərrüfat fəaliyyəti effektiv ola bilməz. Məhz buna görə də audit təşkilatlarının xidmətləri istənilən biznesin əsas tərkib hissəsini təşkil edir. Böyük və uğurlu təcrübəyə malik şirkətimiz müqavilə əsasında müştərilər üçün cəlbedici qiymətlərlə audit və mühasibat xidmətləri təqdim edir. Bizim mühasiblərimiz, maliyyəçilərimiz və hüquqşünaslarımız şirkətinizin təsərrüfat fəaliyyətinin yüksək keyfiyyətli və tamamilə şəffaf qiymətləndirilməsini müstəqil surətdə həyata keçirəcəklər. Bizim köməyimizlə istifadəçilərin və maraqlı şəxslərin şirkətinizin maliyyə və vergi hesabatlarına etibar dərəcəsi dəfələrlə artacaq.
Auditor xidmətlərinin növləri
Klassik audit – vergi, maliyyə hesabatlarının, eləcə də əmək haqqlarının hesablanması və verilməsini əks etdirən hesabatların yoxlanmasını daxil edən anlayışdır. Auditorlarımızın ixtisaslı fəaliyyəti nəticəsində siz müəssisənizin passivləri, aktivləri, kapitalı, öhdəlikləri və maliyyə vəziyyəti haqqındakı məlumatın həqiqətə uyğun olduğundan əmin olacaqsınız. Şirkətimizlə audit xidmətlərin göstərilməsinə dair müqaviləni imzalamaqla siz uzunmüddətli planlaşdırmanı həyata keçirə və gəlir əldə edə biləcəksiniz.
Məlum oduğu kimi audit qanunvericiliyə uyğun olaraq icbari surətdə aparılan və sahibkarın öz arzusu və ya ehtiyac olduqda apara biləcəyi təşəbbüs xarakterli (könüllü) olur. Icbari auditin məqsədi maliyyə hesabatlarında və ya onların tərkib hissələrindəki (məsələn, firmanın əsas fondunun və ya nizamnamə kapitalının formalaşdırılmasının yoxlanmasını həyata keçirmək olar) məlumatların doğruluğunu təsdiq etməkdir. Nəzərə almaq lazımdır ki, icbari maliyyə auditinin həyata keçirilməsini yalnız reyestrə daxil edilmiş auditorlara və ya audit şirkətlərinə həvalə etmək olar! Auditi başqa əlaqədar audit xidmətlərini də yerinə yetirən şirkətimizə etibar etməklə siz görülən işlərin keyfiyyətindən və onların qanuniliyindən əmin ola bilərsiniz. Şirkətimizin auditorlarının iş təcrübəsi və ixtisası auditi aşağıdakı istiqamətlər üzrə aparmağa imkan verir:
- Mühasibat hesabatları;
- Maliyyə hesabatları;
- Vergi hesabatları;
- Qiymətli kağızlar;
- MMC-lərin, FS-lərin və digər müəssisələrin hesabatları.
İcbari audit keçirilən zaman biz sizin tələbinizlə təsərrüfat fəaliyyətinin aparılması zamanı baş verən səhvlərin düzəldilməsinə, əməliyyatların uçotu üzrə nəzarət sisteminin yaxşılaşdırılmasına yönəldilmiş hesabat təqdim etməyə hazırıq. Siz təsərrüfatçılıq formasını artıq müəyyən etmisinizsə və ya vaxtaşırı icbari auditin aparılmasını tələb edən fəaliyyətlə məşğulsunuzsa, şirkətimizlə uzunmüddətli əməkdaşlıq – nəticələrini çox yaxın zamanda qiymətləndirə biləcəyiniz qarşılıqlı faydalı təklifdir.
Audit xidmətlərinin dəyəri
Sizi audit şirkətlərinin xidmətləri maraqlandırırsa, etibarlı və ixtisaslı auditor seçməzdən əvvəl onun fəaliyyəti barədə müfəssəl məlumat əldə etməyə çalışın. Audit xidmətlərinin dəyərinin qiymətləndirilməsi bu hələ həlledici göstərici deyil. Belə ki, bizim təcrübəmiz və auditin aparılmasının operativliyi müştərilərə onlar üçün adekvat və münasib qiymətlər təkif etmək imkanı verir. Bizim şirkət Bakıda audit xidmətlərinə ən yaxşı qiymətləri təklif etməyə hazırdır. Saytımızda göstərilən telefon nömrələrinə zəng etməklə bundan asanlıqla əmin ola bilərsiniz.
İcbari audit
- ASC-lər, banklar, kredit büroları, kredit, klirinq, sığorta təşkilatları, sığorta cəmiyyətləri, investisiya fondları, mal və fond birjaları üçün;
- Məhdud məsuliyyətli cəmiyyətlər;
- Qiymətli kağızları fond bazarında dövriyyəyə buraxılmış təşkilatlar üçün;
- Qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının təşkilatları üçün;
- Mühasibat/maliyyə icmal hesabatları dərc edən müəssisələr üçün;
- Qanunla nəzərdə tutulmuş digər hallarda.
Ümumi audit
- “Ümumi audit” tərifinə kredit təşkilatları (banklar, sığorta təşkilatları) istisna olmaqla, istənilən mülkiyyət formalı və istənilən fəaliyyət növü ilə məşğul olan müəssisələrin “Auditor fəaliyyəti haqqında” Qanunda nəzərdə tutulmuş auditor yoxlaması aiddir.
- Məqsəd sadəcə nöqsanları aşkar etmək deyil, həm də onların aradan qaldırılması üzrə optimal tövsiyələr hazırlamaqdır.
Könüllü audit
Mülkiyyətçinin, direktorun, səhmdarın təşəbbüsü ilə həyata keçirilir. Məsələn, qarşıda duran yoxlamaya hazırlıq üçün, biznes alış-satışı öncəsi, mühasibin və ya rəhbərliyin dəyişməsindən əvvəl.
Beynəlxalq Maliyyə Hesabatı Standartları və US GAAP üzrə hesabatların transformasiyası və konsolidasiyası
Hesabatları beynəlxalq standartlara uyğunlaşdırmalı olanlar üçün.
Aşağıdakı imkanları yaradır:
- Şirkətin investisiya cəlbediciliyini artırmaq;
- Banklar üçün icbaridir;
- Beynəlxalq bazara çıxmaq;
- Xarici banklardan kredit almaq;
- Biznes idarəetməsinin səmərəliliyini artırmaq;
- BMHS üzrə uçot aparılması ilə bağlı əlavə xərclərdən (məsələn, xüsusi proqram təminatı alışı və mühasibat ştatının genişləndirilməsi kimi) uzaq olmaq.
Bank auditi
Banklar üçün icbari audit. Müşaiyət edən vəzifələr.
Vergi auditi
Vergi risklərini vaxtlı-vaxtında aşkar etməyə və vergi və hüquq-mühafizə orqanları ilə problemlərin qarşısını almağa imkan verir.
Xüsusi tapşırıq üzrə audit
Müəyyən vəzifəni həll edir, məsələn, “yarım il üçün kassanı yoxlamaq”, oğurluqları aşkar etmək
Ekspress-audit (xülasə şəklində yoxlama)
Auditin “Büdcə” variantı: daha az çıxarış həcmi, daha az hesabat həcmi. Təcili qərar qəbul etmək lazım gəldikdə, işlərin ümumi vəziyyətini tez bir zamanda anlamağa imkan verir. Məsələn, mühasib dəyişdikdə və ya başqa şirkətin payları alınarkən ilkin qiymətləndirmə zamanı.
Abunəçi auditor müşaiyəti
Üstünlüyü: yaranan problemlər ilin sonunda tələsik şəkildə deyil, tədricən, iş prosesində həll olunur. 2, 3 mərhələli: 6, 9, 12 ayda bir yoxlama həyata keçirilə bilər. Mühasibiniz auditorun şəxsində istənilən zaman məsləhəti ilə kömək etməyə hazır olan səriştəli köməkçi qazanır.
Kadr auditi
- Əmək müfəttişliyindən və ya prokurorluqdan əvvəl kadr idarəetməsindəki boşluqları aşkar edir;
- “İncimiş” işçilərin iradlarını istisna etməyə imkan verir;
- Yoxlama qurumlarının iradlarını istisna etməyə imkan verir.
Lazımı araşdırma
Gözlənilən sövdələşmənin qanuniliyinin və maliyyə nöqteyi-nəzərdən cəlbediciliyinin yoxlanılmasıdır. Şübhəli sövdələşmələrdən və tərəfdaşlardan qorunmaq imkanı verir. Auditorlardan, hüquqşünaslardan, ixtisaslaşmış ekspertlərdən ibarət mütəxəssislər qrupu tərəfindən həyata keçirilən kompleks tədbirdir. Birləşmə və udulma prosedurlarının (Mergers and Acquisitions M&A) ayrılmaz hissəsidir.
Məhkəmə ekspertizaları, hüquqi ekspertizalar və ya mühasibat ekspertizaları
Vergi və yoxlama orqanları ilə məhkəmə çəkişmələrində mövqeyin əsaslandırılması üçün
Hüquqi audit, o cümlədən real yoxlama imitasiyası formatında
Hüquqi risklərin, bütün hüquq sahələri nöqteyi-nəzərdən qanunvericilik normalarının pozuntularının təhlili.
İnvestisiya layihələrinin auditi
- İnvestisiya layihəsinin hərtərəfli qiymətləndirilməsi.
Məqsəd riskləri, investisiyaların geri qazanılması müddətini, gəlirliliyini müəyyən etməkdir.
Maliyyə müfəttişi
Firmada işlərin real vəziyyətini müəyyən etməyə və əldə edilən BÜTÜN gəlirlərin hesabatlarda əksini tapdığından əmin olmağa imkan verir.
Gizli alıcı
Müştərilərə xidmət normalarına nəzarət etmək imkanı verir ki, bu da şirkətin xidmətlərini qiymətləndirməyə, onun güclü və zəif tərəflərini müəyyən etməyə, rəqib firmalarla müqayisə etməyə imkan verir.
Məsləhətləşmə
Bizə yazın və ya ən yaxın ofisi tapın