- Ana səhifə
- 26 İyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü - FChain
26 İyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü - FChain
Hər bir xalqın tarixində onun varlığını, azadlığını və gələcəyini qoruyan mühüm dayaq nöqtələri var. Bizim üçün bu dayağın adı Azərbaycan Silahlı Qüvvələridir. 26 İyun — təqvimdə sadəcə bir tarix deyil, hər bir azərbaycanlının qəlbində fəxrlə döyünən bir gündür.
Azərbaycan Silahlı Qüvvələrinin təməli Azərbaycan Xalq Cümhuriyyəti dövründə, 1918-ci il iyunun 26-da qoyulub. Məhz həmin gün ilk müntəzəm hərbi hissə — Əlahiddə Azərbaycan Korpusu yaradıldı. Bu addım müstəqilliyimizi qorumaq üçün atılan ən böyük və ən cəsarətli addım idi. Bu tarixi gün sonradan Ümummilli Lider Heydər Əliyevin 22 may 1998-ci il tarixli fərmanı ilə rəsmi olaraq ümummilli bayram elan edildi.
Bu gün ordumuz texnikası, nizam-intizamı və ən əsası, əsgərinin sarsılmaz ruhu ilə dünyanın ən güclü orduları sırasındadır. Bu gücü bizə yaşadan, torpaqlarımızın bütövlüyünü bərpa edən və bizə başı uca yaşamağı nəsib edən qəhrəmanlarımızdır.
Biz bu gün evimizdə, işimizdə rahatıqsa, gələcəyə ümidlə baxa biliriksə, buna görə canını fəda edən şəhidlərimizə borcluyuq. Vətən naminə ən uca zirvəyə ucalan bütün şəhidlərimizə Allahdan rəhmət diləyir, onların əziz xatirəsi qarşısında baş əyirik. Bu yolda sağlamlığını itirən, cəsarəti ilə dastan yazan qazilərimizə isə uca Tanrıdan şəfa və uzun ömür arzulayırıq.
FChain ailəsi olaraq, ordumuzun gücü ilə qürur duyur, bu torpağı qoruyan hər bir əsgərimizə minnətdarlığımızı bildiririk.
Məsləhətləşmə
Bizə yazın və ya ən yaxın ofisi tapın