• Ana səhifə
  • Bakıda kadr uçotunun quraşdırılması FChain-da

Bakıda kadr uçotunun quraşdırılması FChain-da

Kadrlar uçotunun qurulması

[ninja_forms_modal_form id=10 text_link=’ Bizimlə əlaqə saxlayın’]

Kadr kargüzarlığının “sıfırdan” qurulması: Müştəri-Şirkətdə kadr kargüzarlığının qurulması şirkətin iş spesifikası nəzərə alınmaqla, hər bir işə götürənin mütləq malik olmalı olduğu kadr sənədləri paketinin işlənib hazırlanması, tərtib edilməsi və rəsmiləşdirilməsindən ibarətdir. Hər bir sənəd əmək qanunvericiliyinin və Azərbaycan Respublikasının qüvvədə olan standart və normativlərin tələbləri nəzərə alınmaqla işlənib hazırlanır və rəsmiləşdirilir; bu, məsləhətlər verilməsi və şirkət işçilərinə kadr kargüzarlığının aparılması qaydalarının öyrədilməsidir.

Şirkətimizin əmək hüququ sahəsində böyük təcrübəyə malik olan və kadr kargüzarlığı sahəsində dərin bilikləri olan mütəxəssisləri Müştəri – Şirkətdə kadr uçotunun qurulması üzrə aşağıdakı xidmətləri təklif edirər: əmək müqavilələrinin, əmək müqavilələrinə əlavə sazişlərin və vəzifə təlimatlarının işlənib hazırlanması və tərtib edilməsi; lokal normativ aktların: daxili əmək intizamı qaydalarının, fərdi məlumatların qorunması haqqında əsasnamənin, əməyin mühafizəsi haqqında əsasnamənin və s. işlənib hazırlanması və tərtib edilməsi; ştat cədvəlinin, məzuniyyətlər qrafikinin tərtib edilməsi; şəxsi heyət üzrə əmrlərin tərtib edilməsi (işə qəbul, başqa işə keçirilmə, məzuniyyət, işdən çıxarılma); əmək kitabçalarının tərtib edilməsi və doldurulması; işçilərin şəxsi vərəqələrinin tərtib edilməsi; işçilərin şəxsi işlərinin formalaşdırılması; kadr sənədləri ilə iş üzrə məsləhətlər və təlimlər. Bu xidmət yeni yaradılmış şirkətlər və ya yeni filiallar açan şirkətlər, yaxud ümumiyyətlə kadr kargüzarlığı aparılmayan şikətlər üçün aktualdır. Göstərilən xidmətin üstünlükləri aşağıdakılardan ibarətdir: kadr xidmətinin qurulması ilə bağlı həm əmək, həm də maddi xərclərin minimuma endirilməsi; işlənib hazırlanmış və tərtib edilmiş sənədlərin hüquqi savadlılığı; əmək qanunvericiliyinin tələblərinə dəqiqliklə riayət olunması.

Məsləhətləşmə

Bizə yazın və ya ən yaxın ofisi tapın