- Ana səhifə
- 1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü - FChain
1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü - FChain
Hər bir millətin ruhu, yaddaşı və kimliyi onun dilində yaşayır. 1 Avqust Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü sadəcə təqvimdəki bir tarix deyil. Bu gün bizim kim olduğumuzu, haradan gəlib haraya getdiyimizi özümüzə bir daha xatırlatdığımız xüsusi bir gündür.
Ana dili insanın doğulduğu andan eşitdiyi ilk layladır, ilk sevincidir, ilk kədəridir. Biz bu dildə sevməyi, hisslərimizi ifadə etməyi, haqqımızı tələb etməyi və dəyərlərimizi qorumağı öyrənmişik. Babalarımızın bizə miras qoyduğu hər bir sözün, hər bir hərfin arxasında əsrlərin tarixi, mübarizəsi və mənəvi zənginliyi dayanır.
Qədim əlyazmalardan, Dədə Qorqud boylarından gələn bu dil zamanın sınaqlarından keçərək bu günümüzə gəlib çatıb. Müstəqilliyimizin bərpası ilə yaranan yeni tarixi şərait isə xalqımızın dünya yazı sisteminə inteqrasiyasına yol açdı və latın qrafikalı əlifbamızın bərpasını zərurətə çevirdi. Məhz bu addımla müstəqil dövlətimizdə milli əlifbamıza mərhələli və şərəfli keçid baş tutdu.
Gəlin ana dilimizi təkcə bu gün xatırlamayaq, onu gündəlik həyatımızın hər anında yaşadaq, düzgün və səlis danışaq və cəmiyyətdə qürurla təbliğ edək. Dilimizi qorumaq və inkişaf etdirmək hər birimizin mənəvi borcudur.
Azərbaycan Əlifbası və Azərbaycan Dili Günümüz mübarək olsun!
Məsləhətləşmə
Bizə yazın və ya ən yaxın ofisi tapın