• Ana səhifə
  • Bakıda müqavilələrin hazırlanması və yoxlanılması FChain-da.

Bakıda müqavilələrin hazırlanması və yoxlanılması FChain-da.

Müqavilələrin tərtibatı və ekspertizası

Sizi müqavilələrin və ya digər hüquqi cəhətdən əhəmiyyətli sənədlərin tərtib edilməsi və yoxlanamsı maraqlandırırsa, şirkətimizin hüquqşünasları sizə köməklik etməyə hazırdırlar. Qanunvericilik nöqteyi-nəzərindən gedişatında mülki hüquq və öhdəliklərin müəyyən edilməsi, onlara xitam verilməsi və ya dəyişiklik edilməsi haqqında qərar qəbul edilən müqavilə iki və daha çox şəxs arasında bağlanan razılaşmadır. Növündən asılı olmayaraq, biz müştəriyə gələcəkdə heç bir problemə səbəb olmayan müqavilə tərtib etməyə yardım edə bilərik. İxtisaslı hüquqşünasların xidmətlərinin qiymətləri görüləcək işlərin mürəkəbbliyindən və həcmindən asılı olaraq fərdi surətdə müəyyən edilir.

Müqavilələrin tərtib edilməsi üzrə xidmətlər

Əksər hallarda müqavilələrin tərtib edilməsi yazılı formada həyata keçirilir. Borc haqqında müqavilə geniş yayılmış müqavilə növlərindən biridir. Müqavilələrin tərtib edilməsi üzrə köməklik bizim hüquqşünaslarımız tərəfindən təqdim edilirsə, borc alanın borcunu qaytarmaqdan imtina edəcəyi və ya ondan qanuni əsaslarla imtina edə bilməsi üçün yol tapacağı barədə narahat olmağa dəyməz. Adi insan düzgün tərtib edilmiş müqavilələrdə bütün incəlikləri nəzərə ala bilməz, bu isə maddi vəziyyətə mənfi təsir edə biləcək ciddi problemlərə yol açır. Bizim hüquqşünaslarımız vasitəsilə müştəri müqavilə şərtlərində sözləşmənin bütün xüsusiyyətlərini, tərəflərin öhdəliklərini və hüquqlarını, eləcə də onun yerinə yetirilməsinə əhəmiyyətli dərəcədə təsir edən digər amilləri təsbit edə bilər. Biz davamlı olaraq dəyişən qanunvericilik bazasının reallıqları nəzərə alınmayan hazır şablon müqavilələrdən istifadə etməməyi təkidlə tövsiyə edirik! Bizim şirkətdə müqavilələrin tərtib edilməsi üzrə xidmətlərin dəyəri, sizin gələcəkdə kontragentlərlə mübahisəli bəndləri aydınlaşdıracağınız təqdirdə üzləşə biləcəyiniz itkilərlə müqayisədə əhəmiyyətli dərəcədə azdır.

Müqavilələrin hüquqi ekspertizası

Bəzi hallarda müqavilənin tərəflərdən birinin şərtləri əsasında imzalanması təklif edilir. Məsələn, bank kreditini rəsmiləşdirərkən siz şərtlərinizi diktə edə bilmirsiniz və təklif edilən sənədi imzalamağa məcbur olursunuz. Gələcəkdə yaranan problemlərin və son dərəcə ağır şərtlərin qarşısını almaq məqsədilə müqavilənin hüquqi ekspertizası aparılır. Müqavilənin mətnini hüquqşünasımıza təqdim etməklə siz onun qüvvədə olan qanunvericiliyə uyğunluğundan əmin ola bilərsiniz. Bundan başqa, mütəxəssisimiz təqdim edilən müqaviləyə dair aşağıdakı işləri aparacaqdır:

  • Müştəri üçün problemli məqamları aşkar edəcək;
  • Müştəri üçün həddən artıq əlverişsiz şərtləri göstərəcək (“şərtlərin ağırlıq” dərəcəsini müəyyən edəcək);
  • Müqavilələrə müştərinin maraqlarına xidmət etməyə imkan yaradan dəyişikliklərin edilməsi üzrə tövsiyələr verəcək.

Yüksək keyfiyyətli və operativ ekspertiza aparıldıqdan sonra müştəri məhz nəyi imzaladığından, hansı şərtlərə razı olduğundan əmin ola bilər. Bu isə gələcəyə əminlik və öz şəxsi maraqlarına xidmət edilməsi deməkdir. Şirkətimiz sizə istənilən an kömək etməyə hazırdır. Bunun üçün saytımızda göstərilən telefon nömrəsi ilə məsləhətçimizlə əlaqə saxlamağınız kifayətdir.

Məsləhətləşmə

Bizə yazın və ya ən yaxın ofisi tapın