Bakıda şirkətin ləğv olunması FChain-da

Müəssisələrin ləğvi

Müəssisənin qeydiyyatı asan prosedur deyil, MMC müəssisəsinin ləğvi isə daha da çətindir, belə ki, kifayət qədər tez-tez dəyişikliklər edilən qanunvericiliyin xüsusiyyətləri müəyyən bilik və bacarıqlar tələb edir ki, heç də ixtisası üzrə işləyən hər hüquqşünas bu bilik və bacarıqlara malik deyil. Şirkətimizin bu məsələdə böyük təcrübəsi olan mütəxəssisləri sizə şirkətin ləğvinin illərlə davam edə biləcək, sonu görünməyən yorucu prosesə çevrilməsindən uzaq olmağa kömək edəcək.

Yüksək ixtisas səviyyəsinə malik hüquqşünaslar bir neçə sxem təklif etməyə hazırdırlar ki, bu sxemlər sayəsində ləğv prosesi tez və bütün hüquqi normalara riayət edilməklə həyata keçiriləcək. Sizi MMC-nin ləğvi maraqlandırırsa, bu xidmətin qiyməti sizi qane edəcək, belə ki, şirkətimizdə qiymət siyasəti elastik fərdi yanaşmaya əsaslanır.

Borcları olan MMC-nin rəsmi ləğvi

Ən səmərəli və ən çox istifadə olunan ləğv üsulu MMC-nin korporativ hüquqlarının satışı vasitəsilə ləğvidir. Bu, o deməkdir ki, özəl müəssisənin ləğvi aşağıdakı şəkildə həyata keçirilir: mülkiyyətçi korporativ hüquqlarını yeni mülkiyyətçiyə verir, sonuncu isə, öz növbəsində, artıq ləğv məsələləri ilə məşğul olacaq və prosesi məntiqi yekununa çatdıracaq. Bu sxem tamamilə qanunidir, hüququn heç bir sahəsinə zidd deyil və bir neçə gün kimi qısa bir vaxtda nəticə verir. Bu zaman şirkətimizin yeni hüquqşünaslarının xidmətlərindən istifadə edən müştərimizi vergi orqanları və üzərinə nəzarət funksiyası qoyulmuş digər təşkilatlar tərəfindən yoxlamalar həyata keçirilməsi ehtimalı narahat etməməlidir. Bundan başqa, müəssisənin direktoru və təsisçiləri artıq onların mülkiyyəti olmayan MMC-nin fəaliyyətinə görə məsuliyyətdən azad olurlar.

Problemli müəssisələrin ləğvi

Daha bir leqal variant şirkətin əhəmiyyətli aktivləri, kreditor və debitor borcları, əsas vəsaitləri olduğu təqdirdə hüquqşünaslarımızın tövsiyə etdiyi müflis olmuş müəssiənin ləğvidir. Əmlakın satışından və ləğv balansının tərtib edilməsindən sonra qalan pul vəsaitləri (ekvivalenti) MMC təsisçiləri arasında bölüşdürüləcək.

Müəssisənin ləğvi dəyəri məsləhətləşmələrdən sonra fərdi olaraq müəyyən edilir. Əlaqə vasitələri bölməsində təqdim edilmiş telefon nömrələrinə zəng edərək, məsləhət ala bilərsiniz. Sizi inandırırıq ki, hüquqşünaslarımızın dəstəyi ilə Azərbaycanda müəssisənin ləğvi rahat, yüksək səviyyədə peşəkarlıqla, tamamilə qanuni şəkildə və tez həyata keçiriləcək.

Məsləhətləşmə

Bizə yazın və ya ən yaxın ofisi tapın