• Ana səhifə
  • Milli Biznesin İnkişafı Forumu - Sağlamlaşdırma və Müflisləşmə Mexanizmləri - FChain

Milli Biznesin İnkişafı Forumu - Sağlamlaşdırma və Müflisləşmə Mexanizmləri - FChain

Fevralın 18-də Bakıda Caspian Energy ClubAzərbaycan Milli Biznes Assosiasiyası (MİLLİ.BİZ)-in birgə təşkilatçılığı ilə Milli Biznesin İnkişafı Forumunun 12-ci xüsusi sessiyası keçirilib.

“Sağlamlaşdırma və müflisləşmə haqqında qanun layihəsi” mövzusunda keçirilən sessiyada 80-dən çox sahibkar, şirkət rəhbəri, hüquqşünas və dövlət qurumlarının nümayəndəsi iştirak edib. Tədbir çərçivəsində müflisləşmə və sağlamlaşdırma mexanizmlərinin biznesin davamlılığına təsiri, kreditor və borclular arasında balansın qorunması, eləcə də yeni hüquqi yanaşmaların investisiya mühitinə mümkün təsirləri ətrafında geniş müzakirələr aparılıb. Azərbaycanın ədliyyə nazirinin müavini Abiddin Hüseynov forumun fəxri qonağı qismində sessiyada iştirak edib.

FCHAIN şirkətinin Baş Direktor Müavini Valid Hüseynov sessiya çərçivəsində iştirak edərək, müasir müflisləşmə mexanizmlərinin korporativ idarəetmə, risklərin idarə olunması və şəffaf biznes mühitinin formalaşmasına təsiri ilə bağlı fikir mübadiləsinə qatılıb.

FCHAIN biznes mühitinin institusional inkişafına töhfə verən təşəbbüsləri və platformaları daim dəstəkləyir.

Xəbərlər

Geri

Məsləhətləşmə

Bizə yazın və ya ən yaxın ofisi tapın