• Ana səhifə
  • Əmtəə Nişanlarının Hüquqi Mühafizəsi: Brendinizi Azərbaycanda və Beynəlxalq Səviyyədə Qoruyun - FChain

Əmtəə Nişanlarının Hüquqi Mühafizəsi: Brendinizi Azərbaycanda və Beynəlxalq Səviyyədə Qoruyun - FChain

Əmtəə nişanı nədir?

“Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, əmtəə nişanı bir şəxsin mal və ya xidmətlərini digərlərininkindən fərqləndirən işarədir. Bu, ad, loqo, rəng, qablaşdırma və ya digər fərqləndirici element ola bilər.

Azərbaycanda əmtəə nişanlarının qeydiyyatı Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi tərəfindən həyata keçirilir. Lakin əmtəə nişanı ərazi xarakterli hüquq olduğundan, Azərbaycanda alınmış qeydiyyat xarici ölkələrdə avtomatik qüvvəyə malik olmur. Beynəlxalq bazarda fəaliyyət göstərən şirkətlər üçün ən praktik həll Azərbaycanın da qoşulduğu Madrid Sistemidir. Bu sistem vasitəsilə Ümumdünya Əqli Mülkiyyət Təşkilatına (WIPO) vahid müraciət təqdim etməklə bir neçə ölkədə əmtəə nişanının hüquqi mühafizəsi tələb oluna bilər. Bununla belə, hər bir ölkə müraciəti öz qanunvericiliyinə uyğun ayrıca qiymətləndirir.

Unutmaq olmaz ki, beynəlxalq qeydiyyat prosesi zamanı yerli qanunvericiliklərin spesifik tələbləri və ekspertiza mərhələsində yarana biləcək imtinalar bizneslər üçün ciddi vaxt və maliyyə itkisinə səbəb ola bilər. Məhz bu səbəbdən, müraciətdən öncə nişanın bənzərsizlik (oxşarlıq) axtarışının aparılması və risklərin düzgün qiymətləndirilməsi kritik əhəmiyyət kəsb edir.

Beynəlxalq qeydiyyat prosesində iddiaçıların nəzərə almalı olduğu digər bir kritik məqam Paris Konvensiyası ilə tənzimlənən “prioritet hüququ”dur. Əgər şirkət əmtəə nişanını ilk dəfə Azərbaycanda qeydiyyata daxil edibsə, onun növbəti 6 ay ərzində xarici ölkələrdə də eyni nişan üçün müraciət etmək üstünlüyü (prioriteti) yaranır. Bu, həmin 6 ay ərzində başqa bir xarici şirkətin eyni brendi öz adına keçirməsinin qarşısını alır.

Digər vacib məqam isə “Mütləq imtina əsasları”dır. Bir çox bizneslər bilmir ki, məhsulun birbaşa növünü, keyfiyyətini və ya coğrafi mənşəyini təsvir edən sözlər (məsələn, alma şirəsi üçün sadəcə “Dadlı və Təbii” ifadəsi) əmtəə nişanı kimi qeydiyyata alına bilməz. Beynəlxalq qeydiyyata başlamazdan əvvəl həm yerli, həm də hədəf bazarların verilənlər bazasında peşəkar ilkin axtarış aparılmalıdır. Əks halda, ekspertiza mərhələsində daxil olan imtinalar rüsumların itirilməsinə və qlobal brendinqin iflasına yol açır.

Brend şirkətin ən dəyərli aktivlərindən biridir və onun hüquqi müdafiəsi biznes strategiyasının vacib hissəsidir. Əmtəə nişanının Azərbaycanda və beynəlxalq səviyyədə vaxtında qeydiyyata alınması hüquqi riskləri azaldır, haqsız rəqabətin qarşısını alır və şirkətin bazar dəyərinin qorunmasına xidmət edir.

Bu mürəkkəb hüquqi prosesdə korporativ subyektlərin etibarlı tərəfdaşa ehtiyacı yaranır. Financial Chain Corporation (FChain) olaraq, biz şirkətlərə əmtəə nişanlarının həm milli, həm də beynəlxalq səviyyədə qorunması üçün genişmiqyaslı hüquqi xidmətlər təklif edirik. Təcrübəli hüquqşünaslarımız brendinizin ilkin ekspertizasından, prioritet hüququnun qorunmasından və mütləq imtina risklərinin təhlilindən başlayaraq, Madrid Sistemi vasitəsilə qlobal qeydiyyatın idarə edilməsinə, eləcə də iddialara qarşı etirazların hazırlanmasına qədər hər bir mərhələdə biznesinizi tam dəstəkləyir. FChain-in peşəkar hüquq komandasına müraciət edərək, intellektual mülkiyyətinizi hüquqi zəmanət altına ala və qlobal bazarda təhlükəsiz addımlaya bilərsiniz.

 

Məqalə müəllifi Şahlar Ramazanov

 

Şirkətinizi “Görünməz” Riskdən Qoruyun: “Ultra Vires” Nədir?

🌐 az.f-chain.com
📩 baku@f-chain.com
📞 (+994 55) 235 86 03/ (+994 012) 505 23 30
📍Mətbuat pr.35C, Bakı, Azərbaycan

 

Geri

Məsləhətləşmə

Bizə yazın və ya ən yaxın ofisi tapın