Bakıda şirkətlərin qeydiyyatı FChain-da

Firmaların qeydiyyatı

Sirr deyil ki, müəssisələrin qeydiyyatı mürəkkəb, heç də həmişə uğurlu olmayan, yatırım, qanunvericilik bazasının bilinməsini və vaxt tələb edən prosedurdur. Əlbəttə ki, hər kəsə çoxsaylı instansiyaları, müəssisələri dolaşmaq, sənədləri yığmaq, növbələrdə gözləmək və rədd cavabları və bəhanələrlə qarşılaşmaq imkanı verilir. Şirkətimiz sizin bu cür problemlərdən uzaq olmağınıza kömək edəcək, belə ki, MMC firmalarının və müəssisələrin qeydiyyatı bizim uzun illərdir uğurla həyata keçirdiyimiz bir işdir. Biz firmaların necə qeydiyyatdan keçiriləcəyini, sertifikatların, lisenziyaların, icazələrin necə alınacağını çox yaxşı bilirik. Göstərilən xidmətlərin yüksək keyfiyyəti və əlverişli qiymətlər, fərdi yanaşma və operativlik müştərilərimizə bu tədbirin uğuruna zəmanət verir.

Hüquqi şəxsin qeydiyyatı

Biz potensial müştərilərimizə Azərbaycanda təsərrüfat fəaliyyəti həyata keçirməyi planlaşdıran şirkətlərin operativ qeydiyyatı üzrə tam xidmətlər paketi təklif etməyə hazırıq. Mütəxəssislərimiz sizin firmanız üçün nizamnamə (onun etibarnamə əsasında tərtib edilməsi də mümkündür), imza nümunələrini və kiçik müəssisənin və ya böyük şirkətin uğurla qeydiyyatdan keçməsi üçün müvafiq orqanlara verilməsi tələb olunan digər zəruri sənədləri hazırlayacaqlar. İnşaat firmasının, ticarət məntəqəsinin və digər sahibkarlıq subyektinin qeydiyyatı eyni zamanda ofisin qeydiyyatdan keçirilməsini, bank hesablarının açılmasını, işçi heyətin seçilməsini də nəzərdə tutur.

Şirkəti necə qeydiyyatdan keçirmək olar?

Hazırda MMC şirkətlərin təşkilati və hüquqi formasının ən geniş yayılmış növüdür. Bakıda şirkətlərin qeydiyyatı qanunvericilik səviyyəsində müəyyən edilmiş vahid prinsiplər əsasında həyata keçirilir. Şirkətimiz firmanı qeydiyyatdan keçirməzdən əvvəl sizə onun hüquqi ünvanını qeydiyyatdan keçirməkdə köməklik göstərəcək. Eyni zamanda, mütəxəssislərimiz qeydiyyat üçün tələb olunan sənədlərin hazırlanmasına kömək edirlər.

Hər bir potensial müştəriyə fərdi yanaşmanı nəzərə alaraq, şirkətimiz müəssisələrin qeydiyyatı ilə bağlı bir sıra digər xidmətləri də təklif edə bilər.

MMC qeydiyyatı neçəyə başa gəlir?

MMC-lərin hüquqi qeydiyyatı aktual məsələdir. Bu prosedurun qiymətləri geniş diapazonu ilə fərqlənir. Səhlənkar və ya hüquqi bilikləri kifayət qədər olmayan firmalar keyfiyyəti şübhə doğuran xidmətlər təklif edir ki, bu da sifarişçi üçün təkcə maddi itkilərə deyil, daha ciddi cəzalara gətirib çıxara bilər. Şirkətimizin mütəxəssislərinin köməyi ilə Bakıda müəssisələrin qeydiyyatdan keçirilməsi qanunilikdən, peşəkarlıqdan və şəffaflıqdan əmin olmaq deməkdir. Bu, bilik səviyyəsini daim artıran hüquqşünaslarımızın, iqtisadçılarımızın, menecerlərimizin, mühasiblərimizin böyük təcrübəyə malik olması, ən çətin vəziyyətlərdən çıxış yolu tapmaq bacarığı, yüksək ixtisas səviyyəsi ilə izah olunur. Bizim qeydiyyatın yekunlaşmasından sonra da əməkdaşlığı davam etdirməyə hazır olmağımız müəssisələrin qeydiyyatı üzrə göstərdiyimiz ximətlərin keyfiyyətinin əlavə zəmanətidir. Autsorsinq, mühasibatın aparılması, vergilərin hesablanması və ödənişi, hüquqi mübahisələrin həlli məsələləri ilə bağlı məsləhətlər və s. – şirkətimiz Sizə əlverişli qiymətlərlə geniş xidmətlər spektri təklif etməyə hazırdır. Bizə zəng edin, qarşılıqlı səmərəli əməkdaşlıq biznesinizin tərəqqisinin girovu olacaq!

Məsləhətləşmə

Bizə yazın və ya ən yaxın ofisi tapın