• Ana səhifə
  • FCHAIN-də Davamlı İnkişaf - Əməkdaşlarımızın Növbəti Uğurları - FChain

FCHAIN-də Davamlı İnkişaf - Əməkdaşlarımızın Növbəti Uğurları - FChain

Financial Chain Corporation (FCHAIN) üçün uğurun əsasını peşəkar və davamlı inkişaf edən komanda təşkil edir. Bu səbəbdən şirkət əməkdaşlarının bilik və bacarıqlarını artırmasına, beynəlxalq standartlara uyğun peşəkar ixtisaslar əldə etməsinə və karyera inkişafına hər zaman dəstək göstəririk.

Peşəkar inkişaf strategiyasının tərkib hissəsi olaraq şirkətin bir sıra əməkdaşları nüfuzlu beynəlxalq sertifikat proqramlarını uğurla başa vurublar:

  • Sevda Babayeva – Maliyyə Departamentinin Meneceri – Financial Reporting Standards (IFRS) və PMS 2
  • Aytac Rüstəmli – Mühasibatlıq Departamentinin Komanda Rəhbəri – ACCA MA (Management Accounting)
  • Olqa Vasina – Baş Mühasib – PMS
  • Zülfiyyə Əsgərova – Baş Mühasib – PMS
  • Valeriya Əkbərova – Mühasibatlıq Departamentinin Komanda Rəhbəri – PMS

Bu nailiyyətlər əməkdaşlarımızın peşəkarlığının, öyrənməyə olan motivasiyasının və daim inkişaf etməyə yönəlmiş yanaşmasının göstəricisidir. Eyni zamanda, bu uğurlar şirkətdə formalaşmış öyrənmə və inkişaf mədəniyyətinin də əksidir.

Biz inanırıq ki, güclü komanda yalnız təcrübəyə deyil, eyni zamanda davamlı öyrənməyə və beynəlxalq səviyyədə tanınan biliklərə əsaslanır.

Əməkdaşlarımızın qazandığı sertifikatlar təkcə onların şəxsi uğuru deyil, bütövlükdə FCHAIN-in müştərilərinə təqdim etdiyi xidmətlərin yüksək keyfiyyətinin və etibarlılığının göstəricisidir.

Biz komandamızın bilik və bacarıqlarının təkmilləşdirilməsinə yönəlmiş təhsil və inkişaf təşəbbüslərini davamlı olaraq təşviq etməkdən qürur duyur, uğur qazanan bütün əməkdaşlarımızı ürəkdən təbrik edirik!

İnkişafımız birlikdədir!

 

FChain Azərbaycanda növbəti uğur mərhələsi

Geri

Məsləhətləşmə

Bizə yazın və ya ən yaxın ofisi tapın