- Ana səhifə
- FChain Corporation vergi sahəsində maarifləndirici tədbirdə rəsmi tərəfdaş qismində iştirak etdi - FChain
FChain Corporation vergi sahəsində maarifləndirici tədbirdə rəsmi tərəfdaş qismində iştirak etdi - FChain
Gənc Mühasiblər İctimai Birliyi tərəfindən təşkil olunan “Vergi Məcəlləsinə edilən son dəyişikliklərin mühasibat işinə praktiki təsirləri” mövzusunda keçirilən tədbir uğurla baş tutdu. Tədbirdə vergi qanunvericiliyindəki yeniliklər, onların praktiki tətbiqi və mühasibat fəaliyyətinə təsirləri ətraflı şəkildə müzakirə olundu.
Tədbirin rəsmi tərəfdaşlarından biri olan FChain Corporation-ı şirkətin direktor müavini Valid Hüseynov təmsil etdi. Çıxışı zamanı o, bu cür peşəkar platformaların mühasibat və maliyyə sahəsində biliklərin artırılması baxımından əhəmiyyətini vurğuladı, həmçinin FChain-in innovativ maliyyə və texnoloji həllərlə biznes mühitinə verdiyi töhfələrdən bəhs etdi.
Tədbir çərçivəsində sahə üzrə ekspertlər tərəfindən vergi qanunvericiliyinə edilən son dəyişikliklər praktiki nümunələr əsasında izah edildi, iştirakçıların sualları cavablandırıldı və aktual mövzular ətrafında geniş fikir mübadiləsi aparıldı.
FChain Corporation olaraq, bilik və təcrübə mübadiləsini təşviq edən, peşəkar inkişafı dəstəkləyən təşəbbüslərdə iştirak etməyi prioritet hesab edir və bu istiqamətdə gələcək layihələrdə də fəal olmağı planlaşdırır.
Mühasibat xidmətləri və Mühasibat uçotu
Məsləhətləşmə
Bizə yazın və ya ən yaxın ofisi tapın