• Ana səhifə
  • FCHAIN “BRABUS ISLAND BAKU” Layihəsinin Rəsmi Təqdimatında - FChain

FCHAIN “BRABUS ISLAND BAKU” Layihəsinin Rəsmi Təqdimatında - FChain

Bakıda, Xəzər dənizinin sahilində yerləşən nüfuzlu “Sea Breeze” kurort şəhərciyinin ərazisində yeni və unikal bir daşınmaz əmlak layihəsinin – “BRABUS ISLAND Baku” kompleksinin rəsmi təqdimat mərasimi baş tutub.

Almaniyanın dünyaca məşhur brendi “BRABUS” tərəfindən həyata keçirilən bu qlobal layihə, regionun premium daşınmaz əmlak sektorunda yeni bir mərhələnin təməlini qoyur. Təqdimatda şəxsən BRABUS-un təsisçisi və CEO-su Konstantin Buşman da iştirak edib.

Biznes dünyasının böyük marağına səbəb olan bu eksklüziv tədbirdə regionun aparıcı şirkətlərinin rəhbərləri və sahibkarlar iştirak ediblər. Tədbirdə FChain Corporationu şirkətin təsisçisi və baş direktoru Namiq Qədirov təmsil edib. Tədbir çərçivəsində Namiq Qədirov digər iştirakçı iş adamları ilə səmərəli görüşlər keçirib, gələcək perspektivli layihələr ətrafında fikir mübadiləsi aparıb və potensial əməkdaşlıq imkanlarını müzakirə edib.

Bu cür irimiqyaslı beynəlxalq layihələr ölkənin iqtisadi və qlobal nüfuzunu gücləndirir. Eyni zamanda, tərəfdaşlarla birlikdə yeni qlobal trendləri dəyərləndirmək üçün geniş imkanlar yaradır.

Geri

Məsləhətləşmə

Bizə yazın və ya ən yaxın ofisi tapın