- Ana səhifə
- FCHAIN Şahmat Üzrə Azərbaycan Çempionatının Açılışında - FChain
FCHAIN Şahmat Üzrə Azərbaycan Çempionatının Açılışında - FChain
Şahmat üzrə Azərbaycan Çempionatının açılış mərasimi keçirilib.
Financial Chain Corporation (FCHAIN) Şahmat üzrə Azərbaycan çempionatının rəsmi açılış mərasimində yer alıb. Şirkətin Baş Direktor Müavini Valid Hüseynov xüsusi dəvət əsasında fəxri qonaq kimi tədbirdə iştirak edib. Tədbirdə Azərbaycan Şahmat Federasiyasının rəhbərliyi, dövlət rəsmiləri, şahmatçılar və tərəfdaş qurumların nümayəndələri də olub.
Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov çıxışında ölkədə şahmatın inkişafı, şahmatın kütləviliyinin artırılması və gənc istedadların üzə çıxarılması baxımından Azərbaycan çempionatının xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
Gənclər və idman naziri Fərid Qayıbov isə çıxışında Azərbaycan çempionatlarının səviyyəsinin ildən-ilə yüksəldiyini və ölkədə şahmat idmanının davamlı inkişaf etdiyini qeyd edib.
Azərbaycan çempionatında ümumilikdə 46 şahmatçı mübarizə aparır. Onlardan 30-u kişi, 16-sı isə qadın şahmatçıdır. Turnir 6–22 fevral tarixləri aralığında təşkil olunur. İlk partiyalar fevralın 8-də start götürüb.
Tədbirdə iştirakçılar təqdim olunduqdan sonra püşkatma mərasimi keçirilib.
Qeyd edək ki, Financial Chain Corporation (FCHAIN) və Azərbaycan Şahmat Federasiyası arasında mühasibatlıq xidmətləri və HR xidmətləri üzrə əməkdaşlıq 2023-cü ildən etibarən uğurla davam edir. Bu əməkdaşlıq çərçivəsində FCHAIN federasiyanın korporativ proseslərini optimallaşdırmaq üçün peşəkar dəstək göstərir.
FCHAIN olaraq, ölkədə idmanın inkişafına, xüsusilə şahmatın beynəlxalq səviyyədə mövqeyinin möhkəmləndirilməsinə töhfə verən layihələrdə iştirak etməkdən qürur duyuruq.
Məsləhətləşmə
Bizə yazın və ya ən yaxın ofisi tapın