Lisenziyalar və icazələr

Lisenziya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya verən orqan tərəfindən ərizəçiyə verilən rəsmi sənəddir.

Lisenziyalaşdırma və icazə sistemi lisenziya tələb olunan fəaliyyət növlərinin müəyyən edilməsi şərtlərinə və icazə verən sənədlərin siyahısına riayət olunmasına, lisenziyaların (icazələrin), onların dublikatlarının və əlavələrinin verilməsinə, lisenziyanın (icazənin) yenidən rəsmiləşdirilməsi, dayandırılması, müddətinin uzadılması və ləğv edilməsinə yönəldilmiş prosedurlar məcmusudur.

Lisenziyalaşdırma tələbləri/lisenziya tələbləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş və lisenziya almaq üçün ərizəçi və lisenziya sahibi tərəfindən lisenziyada göstərilən fəaliyyəti həyata keçirərkən yerinə yetirilməli olan tələblərdir.

İcazə tələbləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş və lisenziya almaq üçün ərizəçi və lisenziya sahibi tərəfindən icazədə göstərilən fəaliyyəti həyata keçirərkən yerinə yetirilməli olan tələblərdir.

Məsləhətləşmə

Bizə yazın və ya ən yaxın ofisi tapın