career

Müvəqqəti kadr xidmətləri

Xəstəliyə görə məzuniyyət və ya analıq məzuniyyəti dövründə müvəqqəti kadr xidmətlərinin təqdim

İstənilən şirkətin davamlı fəaliyyətinin təmin edilməsində başlıca uğur amillərindən biri də analıq məzuniyyəti dövründə işçinin ixtisaslı kadrla əvəz edilməsidir.

Biz analıq məzuniyyəti ilə bağlı işçilər və şirkət üçün mümkün olan riskləri anlayır, buna görə də müştərilərimizə şirkətin fəaliyyətinə minimal və ya sıfıra bərabər ziyan vura biləcək rahat əvəzetməni təmin edən uyğun bir həll təklif edirik.

1С:Предприятие 8. CRM

Biz bu xidmət çərçivəsində müştərilərə kadrlar üzrə mütəxəssisin analıq məzuniyyəti dövründə bir ilə qədər müddətə müvəqqəti olaraq əvəz edilməsini təklif edirik.

Bu yanaşmanın üstünlükləri:

  • Vaxta qənaət və işə hazır olma

İlk növbədə biz sizin işçi tapmaq üçün vaxtınıza qənaət edirik, belə ki, bu proses 2 aya qədər davam edə bilər.

Bundan başqa, işə hazır olan müxtəlif səviyyəli mütəxəssislər bazasına malik olduğumuz halda, müvəqqəti vəzifə üçün yaxşı mütəxəssis tapmaq kifayət qədər çətindir.

  • Məşğulluq növləri və dəyəri

Bizim müvəqqəti işçimiz tam və ya natamam iş günü çalışa bilər və ya bir ilə qədər müddətdə layihə əsasında işləyə bilər.

Biz müştərilərimizə autsorsinq xidmətləri təklif edirik: iqtisadi cəhətdən sərfəli və rahat həll.

  • Tərəfdaşlıq əsasında xidmətlər

Tərəfdaşlıq təqdim edilən xidmətlərin keyfiyyətinə təminat verir, axı biz sadəcə müvəqqəti əvəzetmə təqdim etmirik; biz həmçinin əlavə resurslar və gözlənilməz vəziyyətlərdə dəstək təqdim edirik.

Biz çox çevik və müştəri yönümlüyük. Müştəri ilə işləyərkən, biz şirkətin tələb və ehtiyaclarını daxildən anlamaq və ən uyğun fərdi həll tapmaq üçün onun komandasının bir hissəsinə çevrilirik.

Layihələrin idarə edilməsi və onların həyata keçirilməsi

Layihə üzərində işləməli olduğunuzu, kadr xidmətinizin isə cari işlərlə yükləndiyini təsəvvür edin…
Yeni işçiləri işə götürmək isə iqtisadi cəhətdən sərfəli deyil və bəlkə də bir çox işgüzar səbəblərdən səmərəsizdir.

Məgər kadrlar üzrə müvəqqəti mütəxəssislərin işə götürülməsi probleminizin həlli olmayacaqmı? İstər yeni normaların hazırlanması, istər yeni idarəetmə sisteminin tətbiqi, istər arxivlərinizin qaydaya salınması və ya sosial layihənin təşkili və idarə edilməsi olsun – bizim mütəxəssislər komandamız məqsədyönlü “operativ həll” təklif edir və Sizin Kadr Hazırlığı Mərkəzinizin bir hissəsi olmağa hazırdır.

Bu yanaşmanın üstünlükləri:

  • Unikallıq

Biz bazarda bu növ xidmətlərin qabaqcıllarıyıq. Siz işlərlə maksimum yükləndiyiniz zaman peşəkar yardım alacaqsınız.

  • Müddət

“Operativ həllin” reallaşdırılması layihənin tam başa çatmasına qədər 2 həftədən 8 həftəyə qədər çəkir.

  • Vaxt və əlçatanlıq

Bu xidmət əsas ixtisaslaşma bazarımızın bir hissəsi olduğundan, siz işçilərin tapılmasına və işə götürülməsinə sərf etdiyiniz vaxtı azaldacaqsınız.

  • Məşğulluq növləri və dəyəri

Siz, Probleminizi ən effektiv həlli üsulunu seçməklə, xərclərinizi sözsüz ki azaldacaqsınız.

  • Tərəfdaşlıq əsasında xidmətlər

Bizim kadrlar üzrə baş mütəxəssislərimizdən biri “operativ həllin” icrasının gedişatına nəzarət edir. Gözlənilməz hallar zamanı biz əlavə dəstək və lazımi resurslar təqdim edirik.

© Copyright 2016, All Rights Reserved. Powered by Financial Chain Corporation
1 Star2 Stars3 Stars4 Stars5 Stars
Loading...