Vergitutmanın optimallaşdırılması

Heç kim üçün sirr deyil ki, qanunun icazə verdiyi üsullardan istifadə edirsə, vergi ödəyicisinin icbari vergilərin ödənişindən qaçmaq və ya onların ölçüsünü minimuma endirmək hüququ var. Müəssisələrin gəlir vergisinin optimallaşdırılması əsasən bu müddəaya əsaslanır. Şirkətimizin mütəxəssisləri tamamilə leqal, proqnozlara əsaslanan qanuni və səmərəli metodlardan istifadə etməklə, vergi ödənişi ilə bağlı xərcləri minimuma endirməyə hazırdır. Bu xidmətlərin dəyəri vergilərin optimallaşdırılmasından əldə olunan açıq-aşkar səmərə ilə müqayisədə, demək olar ki, sıfıra bərabər olur.

business-set-icons-%d0%bf%d1%80%d0%b5%d0%be%d0%b1%d1%80%d0%b0%d0%b7%d0%be%d0%b2%d0%b0%d0%bd%d0%bd%d1%8b%d0%b9_3

Müəssisədə vergilərin optimallaşdırılması

Əksər şirkətlərin fəaliyyətində vergi planlaması və vergilərin optimallaşdırılması əhəmiyyətli yer tutur. Bunda təəccüblü bir şey yoxdur, axı biznes büdcəni doldurmaq deyil, ilk növbədə gəlir əldə etmək üçün mövcuddur. Bütün subyektlər vergiləri ödəmək öhdəliyi daşıyır, bu öhdəliyin yerinə yetirilməməsinin nəticəsi isə cərimə və digər məsuliyyət növləri ilə cəzalandırılmaqdır. Lakin müəssisənin vergilərinin optimallaşdırılmasının bizim şirkətimizin mütəxəssisləri tərəfindən işlənib hazırlanmış leqal sxemləri vergi ödənişlərinin həcmini xeyli azaltmağa imkan verir. Göstərilən xidmətlərin dəyəri fərdi qaydada müəyyən olunacaq.

Vergilərin minimuma endirilməsi

Qanunvericilik uzun illər boyunca, demək olar ki, dəyişməz olaraq qalıb, amma hazırda çox tez-tez dəyişikliklər edilir, buna görə illər ərzində hazırlanan optimallaşdırma sxemləri aktuallığını itirir. Biz vergi qanunvericiliyindəki bütün dəyişiklikləri dəqiqliklə izləyirik və onları ətraflı təhlil etdikdən sonra istənilən mülkiyyət formasına malik müəssisələrdə istifadə edilə biləcək qanuni üsullar işləyib hazırlayırıq. Azərbaycanda vergi ödənişlərinin optimallaşdırılması əsasən aşağıdakı metodlarla həyata keçirilir:

  • Xərclərin və gəlirlərin optimallaşdırılması (xərclərin və gəlirlərin təsdiq edilməsi tarixi);
  • iş sxeminin işlənib hazırlanması (vasitəçilərin xidmətlərindən istifadə);
  • sosial ödəniş və əmək haqqı xərclərinin optimallaşdırılması (mükafatların, ezamiyyət pullarının və s. əlavə edilməsinin incəlikləri);
  • holdinqə daxil olan müəssisələr (fəaliyyət spesifikası nəzərə alınmaqla).

Əlbəttə, bu siyahı tam deyil. Saytımızda təqdim edilmiş telefon nömrələrinə zəng edərək, mütəxəssislərimizlə konkret olaraq sizin şirkətinizdə vergilərin optimallaşdırılması məsələlərini ətraflı müzakirə edə bilərsiniz. Biz mütləq sizi qane edəcək həlli tapacağıq, göstərilən xidmətlərin dəyərindən razı qalacağınızdan isə heç şübhəmiz yoxdur.

© Copyright 2016, All Rights Reserved. Powered by Caspian Accounting & Consulting Services