Uçotun bərpası

Hesabatların olmaması, yanlış uçot aparılması müəssisə mülkiyyətçilərini kredit vermək, investisiya etmək, tərəfdaşlar və digər subyektlərlə işgüzar münasibətlər qurmaq imkanından məhrum edə biləcək ciddi bir problemdir. Bundan başqa, müəssisə cərimə cəzaları, aktivlər üzərində nəzarətin itirilməsi və onlara həbs qoyulması ehtimalı, bank əməliyyatlarının hərəkətinin dayandırılması təhlükəsi ilə qarşılaşa bilər. Bu vəziyyətdə firmaların mühasibat uçotunun bərpa edilməsi böyük zərurətdir. Bu, çox mürəkkəb, zəhmətli və mühasibat uçotunun əvvəlcədən yanlış aparılması faktını nəzərə almaqla, ştatlı mühasib üçün çox ağır prosedurdur. Kənardan bizim şirkətin müstəqil mütəxəssislərinin cəlb edilməsi vəziyyətdən çıxış yolu ola bilər. Biz bir sıra səbəblərdən (təhrif edilmə, itirilmə, oğurlanma və s.) uçotunu tamamilə və ya qismən itirmiş mülkiyyətçilərə əlverişli qiymətlərlə uçotun bərpasına yönəlmiş xidmətlərin göstərilməsinə kompleks yanaşma təklif edirik.

8_mtuwnc5pmdmzljaxng-%d0%bf%d1%80%d0%b5%d0%be%d0%b1%d1%80%d0%b0%d0%b7%d0%be%d0%b2%d0%b0%d0%bd%d0%bd%d1%8b%d0%b9_4

Mühasibat uçotunun bərpası üzrə xidmətlər

Biz müəssisənin mühasibatında yaranmış vəziyyəti ətraflı təhlil edərək, MMC-lərin mühasibat uçotunun bərpasını mərhələli şəkildə həyata keçiririk. Səhvlər aşkar edildikdən sonra mütəxəssislərimiz mülkiyyətçiyə pozuntuların həcmi haqqında məlumat verir ki, bu da uçotu qısa müddət ərzində bərpa etməyə imkan verir. Uçotun bərpasında əsas mərhələlər aşağıdakılardan ibarətdir:

  • ilkin sənədlərin emalı və onların təfərrüatlarının müəyyən edilməsi;
  • emal edilmiş sənədlərin və mühafizə olunmuş hesabatların əsaslı surətdə təhlil edilməsi;
  • pul aktivlərinin, hesabların və ehtiyatların (zərurət varsa) tam şəkildə siyahıya alınması;
  • ilkin sənədlərin bilavasitə bərpası;
  • uçot siyahılarının bərpası, ilkin balansın formalaşdırılması;
  • mövcud olan məlumatlar bazasının bərpası və ya onun sıfırdan yaradılması;
  • uçot hesabatlarının tərtib edilməsi (zərurət olarsa);
  • dəqiqləşdirilmiş vergi hesablamalarının aparılması və vergi bəyannamələrinin tərtib edilməsi.

Mühasibat uçotunun bərpası həm tam həcmdə, həm də qismən (mühasibat uçotunun ayrı-ayrı seqmentlərində və ya ayrı-ayrı əməliyyatların bərpası üçün) həyata keçirilə bilər. Şirkətimizdə bu xidmətin qiyməti onun keyfiyyətinə və həyata keçirilmə surətinə nisbətdə optimaldır. Bu xidmətlərin dəyəri həmişə fərdi olaraq, qarşıda duran işin həcminə və çətinliyinə əsasən müəyyən edilir.

Vergi uçotunun bərpa edilməsi

Yalnız mühasibat uçotu tamamilə bərpa edildikdən sonra vergi uçotunun bərpasına başlamaq olar. Vergi uçotunun yanlış aparılması cərimə cəzalarına və müəssisə rəhbərliyinin məsuliyyətinin yaranmasına səbəb ola bilər. Vergi məlumatları – iqtisadi məlumatlar itirildikdə şirkətin inkişafını və bazarda təşviqini planlaşdırmaq mümkün deyil. Məhz buna görə yaranmış problemin həllinə kömək edəcək müstəqil mütəxəssislər tapılması vacibdir. Azərbaycanda mühasibat uçotunun bərpasının qiymətlərinin monitorinqini aparsaq, bu xidmətlərə tələbat olduğunu təxmin etmək çətin deyil ki, bu da biznesin müasir tələbləri ilə izah olunur. Şirkətimiz adekvat qiymət müqabilində biznesinizi durğunluqdan qorumağa kömək edəcək, uçotu maksimum qısa müddət ərzində keyfiyyətli şəkildə bərpa edəcək. Göstərilən xidmətlər çeşidi və tariflərlə daha yaxından tanış olmaq üçün saytımızda təqdim edilmiş telefon nömrələri ilə əlaqə saxlaya bilərsiniz.

© Copyright 2016, All Rights Reserved. Powered by Caspian Accounting & Consulting Services