Şirkət haqqında

Müştərilərimizin yüksək keyfiyyətli xidmətlərdən istifadə etmək, savadlı məsləhətlər almaq və aldıqları xidmətlərin yüksək səviyyəliyinə qəti əmin olmaq imkanı əldə edə bilmələri üçün biz müxtəlif, lakin bir-biriləri ilə sıx əlaqəli olan sahələrin təcrübəli mütəxəssislərini bir kollektivdə birləşdirdik.

Bunlar həm ixtisaslı iqtisadçılar və attestasiyadan keçmiş auditorlar, həm öz işlərini yaxşı bilən hüquqşünaslar və nüfuzlu mühasiblərdir. Bütün bu insanlar çalışdıqları sahələrdə böyük iş təcrübələrinə malikdirlər. Və onlar bu təcrübələrini, biliklərini, bildiklərini və bacarıqlarını Sizin xidmətinizə təqdim etməyə hazırdırlar.

Bizim şirkətdə eyni zamanda, yerinə yetirdikləri işin mühümlüyünü başa düşən çox məsuliyyətli mütəxəssislər toplanmışlar və onlar Sizin şirkətinizin inkişafı yolunda ciddi-cəhdlə çalışmağa hazırdırlar.

Siz qanunlara tam şəkildə riayət edən sahibkar olmaqla bərabər, vergilərdə qənaət etməyi bacarırsınız? Siz müəssisəni qeydiyyatdan keçirmək üçün lazım olan sənədləri tez və keyfiyyətli tərzdə hazırlaya bilərsiniz?

_02a3416
_02a3496

Siz xarici istehsal olan məhsul üçün sertifikat alınması qaydasını bilirsiniz? Bəs Siz vergi orqanı ilə olan mübahisədə öz maraqlarınızı qorumağa qərar verə bilərsiniz?

Belə isə, indi bu məsələlər üzərində başınızı sındırmayın – sadəcə bizə müraciət edin. Və biz ən qısa bir zaman ərzində lazım olan müfəssəl konsultasiyaları

Sizə təqdim edəcəyik və yaxud özümüz bütün lazım olan əməliyyatları yerinə yetirəcəyik.

Bizim şirkətimizə müraciət etdiyiniz zaman, Siz işlərin vəziyyətinə nəzarət edən və hesabatları verən sadəcə bir mühasib əldə etmirsiniz. Bizim şirkətin bütün mütəxəssisləri hər bir anda, və hər bir qeyri-standart vəziyyətlərdə Sizin köməyinizə gələ bilərlər. Biz Sizə müqaviləni daha yaxşı necə tərtib etmək, hesablaşma hesabını harada açmaq məsləhət olduğu və vergiləri nə vaxt ödəmək lazım olduğu barədə məlumat verəcəyik.

Mühasibat uçotu nöqteyi nəzərincə Sizin biznesinizin fəaliyyətini tam təhlükəsiz etmək üçün bizim bilik və təcrübəmiz kifayət edəcəkdir.

Bizə heç olmasa bir dəfə müraciət edənlər, bir qayda olaraq bizim daimi müştərilərimizə çevrilirlər. Axı bizim timsalımızda nəinki yalnız savadlı peşəkar, o cümlədən, həm də sadəcə bir məsləhətçi və eyni zamanda, mədəni və etibarlı bir partnyor əldə edilir.

© Copyright 2016, All Rights Reserved. Powered by Caspian Accounting & Consulting Services