Mühasibat xidmətləri

İstənilən mülkiyyət növü üzrə şirkət rəhbərinin bütün qüvvəsini biznes-proseslərə və böyük mənfəət əldə etməyə yönəldə bilməsi üçün bir sıra maliyyə məsələlərinin həllini peşəkarlara etibar etməyə dəyər. Bu zaman sifarişçinin ehtiyacı olan mühasibat xidmətləri paketi də əhəmiyyət kəsb edir. Şirkətin təqdim etdiyi mühasibat xidmətlərinin növündən asılı olmayaraq, onun əməkdaşlarının iş təcrübəsinin müxtəlif firmaların fəaliyyətinə çevik yanaşma və biznesin inkişafının qiymətləndirilməsi, proqnozlaşdırılması və planlaşdıırlması bacarığı ilə uyğunlaşması çox vacibdir. Yuxarıda qeyd edilən bütün keyfiyyətlər biznesin aparılması və müşayiət edilməsi üçün tələb edilən bütün xidmət spektrini təqdim edən Bakıdakı FChain – mühasibat xidmətləri şirkətinin əməkdaşlarına xasdır. Şirkətimizlə əməkdaşlıq edən sifarişçilər  mühasibat sənədlərinin keyfiyyətli operativ təhlilindən və uçotun menecment prinsiplərinə və daima yenilən qanunvericilik bazasının tələblərinə uyğun olaraq aparılmasından əmin ola bilərlər.

Şirkətimizin konkret müştəriyə və onun ehtiyaclarına yönələn qiymət siyasəti çox çevik və demokratikdir.

manegment_concept-%d0%bf%d1%80%d0%b5%d0%be%d0%b1%d1%80%d0%b0%d0%b7%d0%be%d0%b2%d0%b0%d0%bd%d0%bd%d1%8b%d0%b9

Mühasibatlığın aparılması üzrə xidmətlər

Bizim şirkət dəyəri sifarişçinin tələbləri və istəklərindən asılı olan mühasibat xidmətlərinin keyfiyyətli autsorsinqini təklif edir. MMC-nin sahiblərinin, fərdi sahibkarların və digər mülkiyyət növlərinin firma sahiblərinin daimi əsaslarla mühasib və auditor ştatı saxlamağa ehtiyacı yoxdur. Bu da keyfiyyətə zərər vermədən əmək haqqı üzrə vergilərdə, icarə haqqında, ofis avadanlığında, proqram təminatında və şirkətin normal fəaliyyətini təmin edən digər maddələrdə qənaətə gətirib çıxarır. Şirkətimiz tərəfindən münasib qiymətlərlə təqdim edilən müstəqil autsorsinq – mühasibat uçotunun yanlış aparılması və ya səhv tərtib edilmiş sənədləşmə zamanı yaranan risklərin aradan qaldırılmasının etibarlı üsuludur. Aşağıda göstərilmiş xidmətlər mühasibat uçotunun müstəqil aparılmasını nəzərdə tutur:

  • mühasibat müşayiəti (uçotun aparılması, hesabatların tərtib edilməsi);
  • vergi mühasibat uçotunun bərpa edilməsi (nəzarətsiz buraxılmış uçot zamanı);
  • məsləhətlər (maliyyə, vergi, hüquqi xarakterli);
  • mühasibat uçotuna saldırma (yeni, yenidən təşkil edilmiş, genişləndirilən firmalar üçün);
  • hesabatların hazırlanması və müvafiq orqanlara təhvil verilməsi.

Çevik qiymət siyasəti şirkətimizə həm iri biznesi təmsil edən şirkətlərlə, həm də fərdi sahibkarlarla əməkdaşlıq etmək imkanı verir. MMC-lər, digər mülkiyyət növləri üzrə şirkət və firma sahbləri üçün mühasibat xidmətlərinin dəyəri fərdi qaydada təyin edilir. Şirkətimizin saytnda yerləşdirilən telefon nömrələrinə zəng edərək siz təqdim edilən xidmətlər spektri haqqında daha müfəssəl məlumat ala bilərsiniz. Etibar, peşəkarlığın yüksək səviyyəsi və müştərilərin yüksək səviyyədə məlumatlandırılması – biznesinizin uğurlu inkişafının və labüd çiçəklənməsinin rəhnidir.

© Copyright 2016, All Rights Reserved. Powered by Caspian Accounting & Consulting Services