Mühasibat xidməti

Mühasibatlığın düzgün aparılması istənilən biznes növünün maliyyə vəziyyətini adekvat qiymətləndirilməsinə imkan verir. Bunun üçün hər bir müəssisədə mühasib ştatı nəzərdə tutulmuşdur. Amma bu heç də hər zaman məqsədəuyğun olmur. Axı mühasibat xidmətlərinin göstərilməsinə ehtiyac hər gün yaranmır. Məhz buna görə də müstəqil peşəkar autsorsinq – müxtəlif mülkiyyət növünə aid bir çox firma və şirkətlər tərəfindən fəal surətdə istifadə edilən alətdir. Şirkətimiz tərəfindən demokratik qiymətlərlə təqdim edilən biznesə xidmət göstərilməsi və biznesin müşayiət edilməsi üzrə xidmətlər daimi mühasib ştatının saxlanması üzrə xərclərə və bununla bağlı digər maddələrə qənaət edilməsinə imkan verir. Bundan başqa, biznes sahibləri təqdim edilən xidmətlərin keyfiyyətindən də əmin ola bilərlər.

business-banners-%d0%bf%d1%80%d0%b5%d0%be%d0%b1%d1%80%d0%b0%d0%b7%d0%be%d0%b2%d0%b0%d0%bd%d0%bd%d1%8b%d0%b9_2

Mühasibat xidmətləri və mühasibat müşayiəti

Şirkətin mühasibat uçotu müəssisənin təsərrüfat fəaliyyətinin bütün sahələrini əhatə edən fasiləsiz proses olduğu üçün biz müvafiq xidmətlərin geniş spektrini təqdim edirik. Sifarişçi bu xidmətlərdən şəxsi biznesi üçün optimal paket formalaşdıra bilər. Şirkətimizin potensial müştəriyə fərdi yanaşma üsulu – effektiv fəaliyyətin zəruri şərtidir. Göstərilən mühasibat xidmətlərinə aşağıdakılar daxildir:

  • əməliyyatların və ilkin sənədlərin qəbulu, sonrakı təhlili və qeydiyyatı;
  • bütün əməliyyatların avtomatlaşdırılmış uçot sistemində əks etdirilməsi;
  • əmək haqqının hesablanması və kadrların uçotu üzrə məsləhət;
  • amortizasiya məbləğlərinin hesablanması (qeyri-maddi aktivlər, əsas vəsaitlər);
  • vergilərin hesablanması, tapşırıqların hazırlanması;
  • borclar (kreditlər) üzrə faizlərin hesablanması;
  • göstərilmiş dövr üzrə hesabat sənədlərinin hazırlanması;
  • cari mühasibat məsələləri üzrə məsləhət xidmətlərinin təqdim edilməsi.

Təsərrüfat fəaliyyəti dinamik proses olduğundan yuxarıda göstərilən siyahı tam deyildir. Sifarişçinin ehtiyacları və istəkləri hər zaman nəzərə alınır. Məhz buna görə də şirkətimiz tərəfindən təqdim edilən xidmətlərin dəyəri fərdi surətdə hesablanır.

Müəssisələrin mühasibat uçotunun aparılması

Mühasibat müşayiəti üzrə xidmətlər təqdim edərək biz onların peşəkar yanaşmaya və effektivliyə əsaslanan yüksək keyfiyyətinə, eləcə də sifarişçinin xidməti və kommersiya sirrinin tam qorunmasına  zəmanət veririk. Müəssisənin mühasibat müşayiəti tam və ya qismən ola bilər – sifarişçi paketə hansı xidmətlərin daxil edilməsini müstəqil olaraq müəyyən edir. Bundan başqa, mühasibat müşayiəti daimi əsasla və ya ehtiyac yarandıqda birdəfəlik olaraq həyata keçirilə bilər. Əgər bizim şirkətin Azərbaycanda MMC-lərin mühasibat müşayiəti üzrə təqdim etdiyi qiymətləri müqayisə etsək nəticə birmənalı olacaq – bizimlə əməkdaşlıq daha sərfəli və effektivdir! Sizin üçün rahat bir vaxtda saytımızda göstərilən nömrələr vasitəsilə məsləhətçimizlə əlaqə saxlayaraq buna asanlıqla əmin ola bilərsiniz. Peşəkarlıq, sifarişçinin istənilən arzusuna operativ reaksiya, münasib qiymətlər, yüksək səviyyədə məlumatlandırma – bizimlə əməkdaşlıq sayəsində biznesinizin effektivliyi dəfələrlə artacaq!

© Copyright 2016, All Rights Reserved. Powered by Caspian Accounting & Consulting Services