Kadrlar uçotuna dair audit

Kadr auditi (kadr sənədlərinin ekspertizası) – təşkilatda kadr sənədlərinin tərtibatının Azərbaycan qanunvericiliyinin və AR ərazisində icrası mütləq olan digər hüquqi aktların normalarına uyğunluğunun yoxlanılması, yol verilmiş pozuntuların aşkar edilməsi və düzəldilməsi, habelə bu pozuntuların mənfi nəticələrinin qarşısının alınmasıdır.

Kadr auditinə aşağıdakılar daxildir:

  • şirkətin lokal normativ aktlarının (Daxili Əmək İntizamı Qaydaları, İşçilərin Şəxsi Məlumatlarının Qorunması haqqında Əsasnamə, İşçilərin Əmək Haqqı haqqında Əsasnamə, Əməyin Mühafizəsi haqqında Əsasnamə və s.)
  • mövcudluğunun və düzgün tərtib edilib-edilmədiyinin yoxlanılması; kadr uçotu üzrə sənədlərin (Ştat Cədvəli, Məzuniyyətlər Qrafiki, İş Saatlarının Uçotu Cədvəli, işçilərlə əmək müqavilələri, vəzifə təlimatları və s.)
  • mövcudluğunun və düzgün tərtib edilib-edilmədiyinin yoxlanılması; kadr əmrlərinin (işə qəbul, işdən çıxarılma, başqa işə keçirilmə, məzuniyyətlər və s.)
  • tərtib edilməsinin və qeydiyyatının yoxlanılması;
  • əməkdaşların şəxsi vərəqələrinin doldurulması qaydalarının yoxlanılması;
  • əməkdaşların şəxsi işlərinin doldurulması və tərtib edilməsi qaydalarının yoxlanılması;
  • əməkdaşların şirkətin lokal aktları ilə tanış olması qaydalarının yoxlanılması.
business4_1

Kadr sənədlərinin auditi üzrə xidmətlərin göstərilməsi qaydaları: kadr sənədlərinin auditi üzrə xidmət göstərilməsi qaydaları: Sifarişçi-Şirkətin AR qanunvericiliyinin tələblərinə əsasən mövcudluğu mütləq olan kadr sənədlərinə malik olub-olmadığının yoxlanılması. Sifarişçi-Şirkətin Şirkətimizin mütəxəssisləri tərəfindən yoxlanılması üçün tələb olunan sənədləri təqdim etməsi. Kadr sənədlərinin həyata keçirilmiş yoxlamasının ntəicələri üzrə rəyin tərtib edilməsi. Rəyə aşağıdakılar daxil edilir: yoxlanılmış sənədlərin siyahısı; aşkar edilmiş pozuntuların siyahısı; aşkar edilmiş pozuntular aradan qaldırılmadığı təqdirdə işə götürənin əmək qanunvericiliyinin pozulmasına görə yarana biləcək məsuliyyəti (hər bir pozuntu üzrə cərimə ölçüsü). Kadr kargüzarlığı auditi təşkilatın mühasibatında həyata keçirilən auditlə qarışdırılmamalıdır. Kadr kargüzarlığı auditi əmək hüququ və kadr sənədlərinin tərtib edilməsi normativləri sahəsində bilikəri olan mütəxəssis tərəfindən həyata keçirilə bilər. Şirkət heyət üzrə menecerlər / kadr xidmətinin işçiləri qarşısına müvafiq vəzifə qoymaqla, kadr auditini daxili imkanları hesabına həyata keçirə bilər (daxili kadr auditi). Lakin auditi kadr sənədləri mübadiləsinin aparılmasına görə cavabdeh olan ştatlı işçilərə həvalə edərkən başa düşmək lazımdır ki, onlar ilk növbədə muzdlu işçidirlər və heç də həmişə yaranmış vəziyyətə müstəqil və obyektiv qiymət vermək iqtidarında deyillər. Birincisi ona görə ki, onlar, faktiki olaraq, öz işlərinin auditini həyata keçirəcəklər. İkincisi, aydındır ki, onların əmək haqqı həyata keçirilmiş yoxlamanın nəticələrindən asılı ola bilər. Üçüncüsü, hər-hansı yayınmalar aşkar edildiyi təqdirdə məhz bu əməkdaşlar yol verilmiş xətaları düzəltməli, öz fəaliyyətlərinin yaxşılaşdırılması üzrə tövsiyələr (təkliflər) işləyib hazırlamalı və tətbiq etməli olacaqlar. Kənardan auditorlar (məsləhətçilər) dəvət etməklə, şirkət rəhbərliyi vaxta xeyli qənaət etmək imkanı əldə edir, eyni zamanda, bizim məsləhətçilərin bilik və təcrübəsi kimi əlavə resurs qazanır. Kənardan dəvət edilmiş auditorların kadr sənədləri mübadiləsinin vəziyyətini kompleks şəkildə qiymətləndirə bilməsi üçün aşağıdakılar zəruridir:

– şirkətdə əmək münasibətlərinin sənədləşdirilməsi prosedurlarını tədqiq etmək;

– kadr sənədlərinin tərkibini təhlil etmək və onların qüvvədə olan qanunvericiliyin tələblərinə uyğunluğunu müəyyən etmək;

– kadr sənədlərinin mühafizəsi sisteminin təhlilini həyata keçirmək.

Kadr sənədinin hüquqi qüvvəsi bir neçə şərtdən asılıdır:

1. Sənədlərin tərtib edilməsi ilə bağlı tələblər. AR Əmək Məcəlləsinin tələblərindən yayınmaqla tərtib edilmiş sənədlər hüquqi qüvvəsini itirir.

2. Kadr uçotu üzrə bir sıra prosedurların tərtib edilməsi zamanı əməyin uçotu və əmək haqlarının ödənilməsi üzrə ilkin uçot sənədlərinin unifikasiya edilmiş (vahid şəkilə salınmış) formalarından istifadə edilməlidir.

Əmək qanunvericiliyində kadr sənədlərinin tərtib edilməsi ilə bağlı tələblərdən başqa, onların mahiyyəti ilə bağlı müəyyən tələblər də var. Audit zamanı sənədin bütün bu tələblərə uyğunluğu da yoxlanılmalıdır.

1. Siyahıda göstərilmiş sənədlərin hər birinin mövcudluğu yoxlanılır. Şəxsi heyət üzrə əmrlərin yoxlanılması zamanı həmçinin bu əmrlər üçün əsas olan sənədlərin mövcudluğundan əmin olmaq lazımdır. Çox vaxt sözügedən sənədlər yalnız virtual olaraq mövcuddur – əmrdə onlara istinad var, amma kadr xidməti həmin sənədlərin özlərini tərtib etmir.

2. Mövcud sənədlərin tərtib edilməsinin qüvvədə olan qanunvericiliyə uyğunluğunun qiymətləndirilməsi. Həm sənəddə bütün zəruri rekvizitlərin mövcudluğu, həm də onların tərtib edilməsi ilə bağlı tələblərə riayət olunması yoxlanılır. Hər bir işə götürən kadr sənədlərinin elə saxlanılmasını təmin etməlidir ki, tərtib edilən sənədlər icazəsiz əldə edilməkdən, itirilməkdən, zədələnməkdən və ya başqa fövqəladə vəziyyətlərdən mühafizə olunsun. Qüvvədə olan qanunvericilikdə şirkətin fəaliyyəti prosesində meydana çıxan sənədlərin mühafizəsinin təmin edilməsi və onların arxivdə daim saxlanılması haqqında tələb var. Kadr xidmətində kadr sənədlərinin saxlanılması üzrə müvafiq sistem yaradılmayıbsa, onların mühafizəsini təmin etmək qeyri-mümkün olacaq. Sənədlər bazasında aşağıdakıları tapın:

© Copyright 2016, All Rights Reserved. Powered by Caspian Accounting & Consulting Services