FChain Bakıda

Contact us

Şirkət haqqında

2002-ci il noyabrın 1-də Azərbaycan Respublikasının paytaxtında FCHAIN şirkətinin baş ofisi açılıb. Həmin andan etibarən biz konsaltinq bazarında fəal işləməyə başladıq. Bu gün şirkətimiz 30-dan çox konsaltinq xidməti istiqamətində işləyən, maliyyə, İT və beynəlxalq hüquq sahəsində Azərbaycan ərazisində ən böyük autsorsinq xidməti tədarükçüsüdür.
Yolunun başlanğıcında Financial Chain Corporation əsasən mühasibat xidməti ilə məşğul olurdu.

Amma biz autsorsinq xidmətlərinin tədarükçüləri arasında öz layiqli yerini tutacaq və Azərbaycan Respublikasının müəssisələrinin beynəlxalq səviyyəyə çıxmasına, dünya iqtisadiyyatına öz töhfəsini verməsinə kömək edəcək bir şirkət yaratmağı planlaşdırırdıq. Biznesin təşkil edildiyi ilk gündən etibarən FCHAIN-ın əsas məqsədi, demək olar ki, hər bir sahibkar üçün münasib olan qiymətə yüksək keyfiyyətli xidmət göstərməkdir.

Buna görə, məqsədimizə yönəlmiş komandamız inkişaf etməkdə davam edib və müştərilərlə müvəffəqiyyətli iş sayəsində 2012-ci ildə bizim artıq hüquqi yardım, audit, əcnəbilər üçün miqrasiya xidmətləri, biznes proseslərin avtomatlaşdırılması, mühasibat müşayiəti kimi kompleks konsaltinq xidmətləri göstərən bir neçə departamentimiz var idi.

2014-cü ildə şirkətin ştatı artıq 40-dan çox yüksək ixtisaslı mütəxəssisdən ibarət idi, onlar gündən-günə müştərilərimizin rifahı üçün öz bacarıqlarını təkmilləşdirir. Məhz onların müntəzəm və səmərəli işi sayəsində FCHAIN-ın Bakı filialı Azeri Business Award 2014-ün illik mükafatlandırma mərasimində Milli Beynəlxalq Tanınma Mükafatı ilə təltif olunub.

Bizim ən böyük proqram-aparat kompleksləri – Oracle, 1C, SAP istehsalçıları ilə tərəfdaşlıq sazişlərimiz var. Dünya miqyasında PT istehsalçıları ilə əməkdaşlıq bizə müştərilərimizə keyfiyyətli, lisenziyalı məhsul təqdim etmək, habelə İT layihələri qabaqcıl texniki səviyyədə həyata keçirmək imkanı verir.

Paytaxtın elmi-texniki, sənaye və iqtisadi cəhətdən inkişafı sayəsində FCHAIN Bakı ərazisində öz xidmətlərinin həyata keçirilməsi və təkmilləşdirilməsi üçün əlverişli mühit əldə edib. Bu gün FCHAIN Respublikanın sahibkarlıq fəaliyyətinin ən böyük sahələrini təmsil edən aparıcı şirkətləri ilə əməkdaşlıq edir. Onlar sırasında əsasən İT, əczaçılıq, otel və restoran biznesi, sığorta və inşaat sektoru, maşınqayırma və cihazqayırma sənayesi və s. var.

Key persons

02a3458-2

Namig Gədirov

Baş menecer

02a3464

Valid Hüseynov

Baş menecer müavini

02a3469

Zaur Gədirov

İdarəedici tərəfdaş

02a3431-2

Tural Sultan-Əhmədi

Biznes İnkişafı üzrə Meneceri

02a3448-2

Səkinə Pirimova

Maliyyə meneceri

02a3438

Azad Sadıxov

Baş mühasib

02a3453

Nərgiz Əfəndiyeva

HR Manager

© Copyright 2016, All Rights Reserved. Powered by Caspian Accounting & Consulting Services