Agent xidmətləri

Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi bir çox hallarda istehsal və xidmət sahəsindən kənara çıxmağı-bazarın öyrənilməsini,ekpedisiyasını,hüquqi xidmətlərin aparılmasını və s edilməsini tələb edir: Belə məsələlərin həlli üçün siz ştat cədvəlinə əlavə işçiləri cəlb edə bilərsiz və ya bu məsələləri 3-cü şəxsə həvalə edə bilərsiniz ki, o da vasitəçi kimi sizin adınızdan və ya öz adından bu işləri sizlər üçün görə bilər. Məhz belə yanaşmanı biz müştərilərə təklif edirik. Biz sizin saziş bağladığınız kompaniya ilə sizin aranızda vasitəçi rolunu oynayırıq.Biz sizin məhsulun satışının təşkilini öz üzərimizə götürə bilərik və bu proses təkcə alqı-satqı danışıqlarının aparılmasını deyil, həm də reklam kompaniyasının aparılmasını, bazarın öyrənilməsi və mənimsənilməsi ilə əlaqədar tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.Belə vəziyyətlərdə tərəflərin yalnız ənənəvi göstərişlər, komissiya və podratla keçinməsi mümkün deyil. Eyni subyektlər arasında bir neçə müxtəlif, birbirilə əlaqəli ya da çox mürəkkəb kompleks sazişlər bağlamaq lazım gəlir.Bizim kompaniya ilə iş birliyi belə vəziyyətlərin kifayət qədər sadələşməsinə imkan verir.

Agent xidmətlərin oxşar xidmət növlərindən üstünlüyü odur ki,daha geniş xidmət sahəsinə malikdir, hüquqi xidmətlərdən başqa digər müxtəlif xidmətlər təklif oluna bilər. Məhz buna görə agent sazişləri sahibkarlıq fəaliyyətini vasitəçilərlə həyata keçirən şəxslər üçün daha cəlbedicidir.

© Copyright 2016, All Rights Reserved. Powered by Caspian Accounting & Consulting Services