1С Xidmətləri

İri, orta və kiçik biznesin avtomatlaşdırılmış uçot sistemləri vasitəsilə aparılması müasir bazarın tələbidir. Şirkətimizin mütəxəssisləri sizə 1C avtomatlaşdırılmış uçot və idarəetmə sisteminin işlənib-hazırlanması, tətbiq edilməsi, aparılması və müşayiət edilməsi ilə əlaqədar istənilən xidmətləri, o cümlədən digər təminat məhsulları ilə inteqrasiya üzrə xidmətləri də göstərməyə hazırdırlar. Qabaqcıl texnologiyalardan istifadə və böyük iş təcrübəsi sayəsində fərdi tələblərin nəzərə alınması yolu ilə həyata keçirilmiş şirkət fəaliyyətinin avtomatlaşdırılması personalın saxlanması üçün xərclərinizi ixtisar etməyə imkan yaradacaqdır.

a_0123-%d0%bf%d1%80%d0%b5%d0%be%d0%b1%d1%80%d0%b0%d0%b7%d0%be%d0%b2%d0%b0%d0%bd%d0%bd%d1%8b%d0%b9_4

1С 8.3 üzrə xidmətlərin göstərilməsi

Müəssisədə maliyyə və əmtəə dövriyyəsinə nəzarət etmək, eləcə də uçot və planlaşdırmanın aparılması xüsusi proqram təminatı – 1C “Mühasibat” proqramının ən müasir yeni 8-ci verisyasının imkanları sayəsində mümkündür. Bu proqramdan topdan satış, komisyon və pərakəndə ticarətdə, tikintidə, xidmətlərin təqdim edilməsi və istehsalat prosesləri sahəsində istifadə etmək olar. Bu proqram məhsulunun informasiya bazası sayəsində siz, kontragentlərin, kadrların və nomenklaturann ümumi sorğu bazasından və ayrıca formalaşdırılmış hesabatlardan istifadə etməklə bir neçə fərdi sahibkarın və firmanın uçotunu apara bilərsiniz. 1C 8 proqramının xidmətləri həm ümumi vergiqoyma rejimini, həm şərti gəlirə vahid vergini (ЕНВД – единый налог на вмененный доход), həm də sadələşdirilmiş vergi sistemini dəstəkləyir, vergi və mühasibat hesabatları formalarını avtomatik olaraq generasiya edir. Bu zaman ehtiyac olduqda, fəaliyyətin xüsusiyyətlərindən asılı olaraq, proqramı uyğunlaşdırmaq və onun konfiqurasiyasına dəyişikliklər etmək olar. Saytda göstərilən telefon nömrələrinə zəng etməklə, 1C 8 proqramını Azərbaycanda ən sərfəli qiymətlərlə bizim şirkətimizdən əldə edə bilərsiniz. Məsləhətçimiz bu məhsulun xüsusiyyətləri və onun konkret sifarişçi tərəfindən istifadə imkanları barədə daha ətraflı məlumat verəcəkdir.

1С 8 proqramını haradan almaq olar

1C proqram məhsulunu əldə etməzdən əvvəl şəxsi biznesinizin ehtiyacları və xüsusiyyətlərinin təhlilini aparmaq lazımdır. Proqram məhsulunun konfiqurasiyası bu təhlildən asılı olaraq seçilməlidir. Bizim şirkətdən münasib qiymətə əldə edə biləcəyiniz 1C Sahibkar proqramı (bu proqramı) sizə fərdi sahibkar olduğunuz halda uçot aparmağa və hesabatları tərtib etməyə imkan yaradacaqdır. 1C Mühasibat 8 baza versiyasının əsas imkanlarından başqa bu məhsul aşağıdakıları nəzərdə tutur:

  • təsərrüfat əməliyyatlarının, xərclərinin və gəlirlərinin ayrıca uçotu Kitabının aparılması imkanı;
  • uçot siyasətinin, proqram menyusunun xarici görünüşünün, ekran formasının tənzimləmələrinə dəyişikliklərin edilməsi;
  • tətbiqi həllərin birgə istifadəsi.

Saytımızdan əldə edə biləcəyiniz 1C Pərakəndə məhsulu pərakəndə ticarət nöqtələrinin və ticarət şəbəkələrinin sahiblərinə firmada baş verən biznes-proseslərini, o cümlədən məhsulun uçotunu və kassalarda nağd pulları, malların kontragentlərdən daxil olmasını, malların satılmasını, onların anbarlarda və nöqtələrdə yerdəyişməsini, qaytarılmasını, inventarlaşdıırlmasını və məhsulun silinməsini avtomatlaşdırmaq imkanı yaradacaq.

Şirkətimiz iri ticarət şəbəkələrinin sahiblərinə  1C Ticarət və anbar proqramını – satınalmaları, satışları, müştərilərlə münasibətləri, pul axınlarını, anbarlardakı ehtiyatları idarə etməyə, qiymətləri, menecmentin və ticarət fəaliyyətinin effektivliyini təhlil etməyə imkan yaradan konfiqurasiyanı almağı təklif edir. Sənəd dövriyyəsinin avtomatlaşdırılması, kadrların qarşılıqlı fəaliyyəti və onların qiymətləndirilməsi üçün şirkətimizin münasib qiymətə almağı təklif etdiyi 1C Sənəd dövriyyəsi proqramının konfiqurasiyası nəzarət və uçotun ən optimal üsuldur. Hər bir müştərinin ehtiyaclarına fərdi yanaşma bizim kredomuzdur.

1С müəssisə proqramını almaq

Konkret konfiqurasiyalı 1C Müəssisə proqramını almazdan əvvəl sifarişçi qarşısında qoyulan məsələləri təhlil etmək lazımdır. Bütün proseslərin avtomatlaşdırılması üçün cavabdehlik daşıyan şirkət əməkdaşını çətin vəziyyətə sala biləcək proqram məhsullarının spektri çox böyükdür. Bizim şirkətin əməkdaşlarının təcrübəsi ehtiyaclarınızı qiymətləndirməyə və optimal proqram məhsulu seçməyə imkan verir. Bu proqram məhsulu sizi onun tətbiq edilməsi üçün vaxt itkisindən azad edəcək və maddi məsrəflərdən xilas olmağa kömək edəcəkdir. Biz həm də 1C Əmək Haqqı – kadr siyasətini aparmağa imkan verən  çoxfunksiyalı güclü proqram məhsulunu, eləcə də dünyada ən yaxşı hesab edilən bu proqramın bir sıra digər konfiqurasiyalarını əldə etməyi təklif edirik. Bunun üçün saytımızda göstərilən telefon nömrələrindən birinə zəng etmək və sizi maraqlandıran sualları məsləhətçi-mütəxəssisə vermək kifayətdir.

© Copyright 2016, All Rights Reserved. Powered by Caspian Accounting & Consulting Services