1C:Ticarətin idarə edilməsi

“1C:Ticarətin idarə edilməsi 8” – ticarət müəssisəsinin səmərəliliyini artırmaq üçün müasir alətdir.

“1C:Ticarətin idarə edilməsi 8” kompleksdə operativ uçot və idarəetmə uçotu, təhlil və ticarət əməliyyatlarını planlaşdırma tapşırıqlarını avtomatlaşdırmağa imkan yaratmaqla müasir ticarət müəssisəsinin səmərəli idarəetməsini təmin edir.

Sales management

“1C:Ticarətin idarə edilməsi 8”  təsərrüfat fəaliyyətinin aşağıdakı istiqamətlərini avtomatlaşdırır:

  • müştərilərlə münasibətlərin idarə edilməsi,
  • satış qaydalarının idarə edilməsi,
  • satış proseslərinin idarə edilməsi:
  • ticarət nümayəndələrinin idarə edilməsi,
  • ehtiyatların idarə edilməsi,
  • satınalmaların idarə edilməsi,
  • anbarın idarə edilməsi,
  • malların çatdırılmasının idarə edilməsi,
  • maliyyə vəsaitlərinin idarə edilməsi,
  • müəssisənin hədəf göstəricilərinə nəzarət və onların təhlili.

Proqramda həm artıq tamamlanmış, həm də hələ planlaşdırılan təsərrüfat əməliyyatlarını qeydiyyatdan keçirmək olar. “1C:Ticarətin idarə edilməsi 8” ticarət və anbar uçotu üzrə demək olar ki bütün ilkin sənədlərin, eləcə də pul vəsaitlərinin hərəkəti üzrə sənədlərin rəsmiləşdirilməsini avtomatlaşdırır.

“1C:Ticarətin idarə edilməsi 8″ticarət əməliyyatlarının bütün   növləri üçün nəzərdə tutulmuşdur. Sorğu kitabçasının aparılmasından və ilkin sənədlərin daxil edilməsindən tutmuş müxtəlif analitik hesabatların əldə edilməsinə qədər – uçotun funksiyaları reallaşdırılmışdır.

Bu həll bütövlükdə ticarət müəssisəsi üzrə idarəetmə uçotunu aparmağa imkan verir.  Holdinq strukturlu müəssisə üçün sənədlər holdinqə daxil olan bir neçə təşkilat adından rəsmiləşdirilə bilər.

Funksional həllər müxtəlif funksional seçimlərin işə salınması/söndürülməsi yolu ilə çevik adaptasiya edilə bilər. Məsələn, beləliklə yalnız böyük şirkətlər üçün zəruri olan çox sayda imkanları (söndürülmüş funksional interfeysdən gizlədilir və istifadəçilərin işinə mane olmur) söndürməklə proqramı kiçik bir təşkilat üçün əhəmiyyətli dərəcədə sadələşdirmək olar. Bundan sonra bütün seçimlərin işə salınması ilə ilə funksionalın həllinin təsviri göstəriləcəkdir.

“1C:Ticarətin idarə edilməsi 8” mühasibat uçotunun aparılması üçün zəruri olan məlumatların avtomatik seçilməsini və bu məlumatların “1C:Mühasibatlıq 8”-ə ötürülməsini təmin edir.

“Ticarətin idarə edilməsi” proqramından digər proqramlarla birgə istifadə edilməsi topdan-pərakəndə müəssisələrini kompleks avtomatlaşdırmağa imkan yaradır. “Ticarətin idarə edilməsi” proqramından “1C:Pərakəndə satış 8” həlli üçün idarəçi sistem qismində istifadə edilə bilər.

© Copyright 2016, All Rights Reserved. Powered by Caspian Accounting & Consulting Services