1C:Pərakəndə satış 8

“Pərakəndə satış” konfiqurasiyası ticarət müəssisəsinin pərakəndə satış şəbəkəsinə daxil ola biləcək mağazalardakı biznes-proseslərinin avtomatlaşdırılması üçün nəzərdə tutulmuşdur. Çox sayda iş yeri olan mağazaların avtomatlaşdırılmasında, o cümlədən kassa proqramı kimi də istifadə edilə bilər.

Retail

Pərakəndə şəbəkənin şəbəkə quruluşu bölüşdürülmüş məlumat bazaları (BMB) rejimi ilə dəstəklənir.   Proqramda daxili məlumat mübadiləsinin iki növü dəstəklənir:

  1. Mağazalar üzrə BMB sənəd dövriyyəsini ayırmaqla mağazalar arasında etibarlı məlumat mübadiləsi yaratmağa imkan verir. BMB-nin mərkəzi qovşağında şəbəkənin bütün mağazaları üzrə məlumat konsolidasiya olunur. Onun vasitəsilə tez bir zamanda BMB-nin periferik qovşağını yaratmaq olar.
  2. İş yerləri üzrə BMB istifadəçiyə mağazanın serveri və kassa xətti arasında məlumat həcmi üzrə optimallaşdırılmış mübadilə təqdim edir, kassaların avtonom işini təmin edir.

“Pərakəndə satış” konfiqurasiyası həm müstəqil, həm də avtonom iş üçün, eləcə də digər tətbiqi həllər ilə qarşılıqlı əlaqə üçün nəzərdə tutulmuşdur. “Müəssisənin mühasibatlığı”, “Ticarətin idarə edilməsi” tipik konfiqurasiyalar ilə İkitərəfli məlumat mübadilələri müxtəlif miqyaslı pərakəndə müəssisələrinin ehtiyaclarını əhatə edən proqram kompleksləri yaratmağa imkan verir.

  •  “Müəssisənin mühasibatlığı” konfiqurasiyası “Pərakəndə satış” konfiqurasiyası ilə birgə istifadə edildikdə əməliyyatların reqlamentləşdirilmiş uçotunu təmin edir. Malların hərəkətinin və kassalarda pul vəsaiti qalıqlarının operativ uçotu “Pərakəndə satış” konfiqurasiyasında həyata keçirilə bilər.
  • “Ticarətin idarə edilməsi” konfiqurasiyası, 11-ci redaksiyada, birgə istifadə edildikdə “Pərakəndə satış” konfiqurasiyasına normativ-sorğu məlumatını çatdıran, pərakəndə satış mağazalarının çeşidlərini və qiymətlərini idarə edən idarəetmə sistemi rolunda çıxış edir. “Pərakəndə satış” konfiqurasiyasından idarəetmə sisteminə malların hərəkəti, o cümlədən kassa növbələri kəsiyində pərakəndə satışlar və ödəniş vasitələrinin uçot sənədləri ötürülür.

Proqramda çoxşirkətli uçot reallaşdırılmışdır. Bu zaman mağazanın hər bir anbarı müəyyən təşkilata aid edilə bilər. Mağazanın müəyyən ticarət zalları üçün ŞGVV (şərti gəlir üzrə vahid verginin) uçotu təyin edilə bilər.

“1C:Pərakəndə satış 8” pərakəndə müəssisənin tipik proseslərini avtomatlaşdırır. Müəssisənin müxtəlif fəaliyyət sahələrində proqramın funksional imkanları müəssisədə qəbul edilmiş mağazaların iş texnologiyasına uyğun olaraq tənzimlənə bilər.

  • Normativ sorğu məlumatının idarə edilməsi.Proqramın funksionallığı mağazanın şəbəkəsi üzrə sorğu məlumatının daxil edilməsini, saxlanamsını və vaxtında yayılmasını təmin edir. Proqramın geniş imkanları müəssisənin əməkdaşlarının bütün texnoloji sahələrdə rahat fəaliyyəti üçün alıcıların, mağazaların və malların hədəf qrupunun hərtərəfli təsvirini tərtib etməyə imkan verir.
  • Marketinq .Proqram marketoloqa müxtəlif formatlı pərakəndə satış şəbəkələrinin çeşidlərini idarə etməyə və pərakəndə satış qiymətlərinin çevik idarə edilməsini qurmağa imkan yaradır. Alıcı prioritetləri haqqında məlumatların toplanması və təhlili, müxtəlif stimullaşdırıcı endirim proqramlarının quraşdırılması imkanı təqdim edilir.
  • Ehtiyatlar və satınalmalar. Menecerə təchizatçının icraçılığını nəzərə almaqla satış və cari əmtəə qalıqlarının təhlili əsasında təchizatçı üçün sifariş tərtib etmək; çatdırılmaları planlaşdırılmaq və ödənişə nəzarət etmək imkanı təqdim edilir;
  • Anbar. Bölmənin funksionallığı mağazanın əmtəə qalıqlarını aktual vəziyyətdə saxlamağa imkan verir. Ştrix-kod texnologiyası malların mağazanın anbarları üzrə hərəkətini müxtəlif nomenklatura növləri üçün zəruri detallaşdırma dərəcəsi ilə tez və dəqiq qeyd etmək imkanı yaradır.
  • Satışlar. Proqram pərakəndə satışın axın üsulu ilə rəsmiləşdirilməsinə yönəlmişdir. Kassirin iş yerinin (KİY) çevik quraşdırılan, intuitiv anlaşılan qrafik interfeysi tez bir zamanda qəbzi  hazırlamağa və alış-verişin ödənişini rəsmiləşdirməyə imkan verir.
  • Maliyyə vəsaitləri. Pərakəndə alış-verişin müxtəlif ödəmə vasitələrinin uçotu dəstəklənir.  nağd üsulla, ödəniş kartı ilə ödəmə, hədiyyə sertifikatı və istehlakçı krediti müqaviləsinin bağlanması vasitəsilə. Nağd pul vəsaitlərinin və sertifikatların qalıqları faktiki saxlanma yerləri üzrə qeydə alınır.
  • İşçi Heyət. Mağazanın idarəçisi növbəlilik qrafikini və kassa qovşaqlarında yükləməni nəzərə almaqla mağaza əməkdaşlarının iş cədvəlini optimallaşdırmaq imkanına sahibdir. Şəxsi satışların qeydiyyatı dəstəklənir.

Proqramda əmtəə ilə işin bütün mərhələlərində ştrix-kodlaşdırmanın texnologiyasını təmin edən avadanlığın işə salınması dəstəklənir: nomenklatura kartının hazırlanmasından tutmuş malın kassa qovşağında satışına qədər.

Konfiqurasiyada təklif edilən əvvəldən quraşdırılmış istifadəçi profilləri mağaza əməkdaşlarının tipik vəzifələrinə uyğun gəlir və onlara giriş hüququnu əvvəldən tənzimləmədən proqramda işləmək imkanı verir.

© Copyright 2016, All Rights Reserved. Powered by Caspian Accounting & Consulting Services