1C:ERP Müəssisənin idarə edilməsi

“1C:ERP Müəssisənin idarə edilməsi 2” – böyük və orta biznesin avtomatlaşdıırlması üzrə ən yaxşı dünya təcrübələrini və yerli təcrübələri nəzərə almaqla çoxprofilli müəssisələrin fəaliyyətinin kompleks idarə edilməsi üzrə məlumat sistemlərinin qurulması üçün innovativ həldir.

“1C:ERP Müəssisənin idarə edilməsi 2” –  “1C:Müəssisə” platformasının ən yeni müasir 8.3 versiyası əsasında, “1C” şirkəti mütəxəssislərinin layihə komandası tərəfindən, tərkibi “1C”-nin qabaqcıl tərəfdaşlarının (ERP mərkəzləri, “1C” Layihə mərkəzləri) mütəxəssisləri və böyük sənaye müəssisələrinin profil bölmələrinin rəhbərlərindən ibarət xüsusi yaradılmış ekspert şurasının iştirakı ilə işlənib hazırlanmışdır.  Final versiyanın buraxılmasına qədər bir ildən çox bir müddət ərzində pilot tətbiqi əsasında yüzlərlə tərəfdaş və onlarla müştəri tərəfindən bu məhsulun öyrənilməsi və sınaqdan keçirilməsi həyata keçirilmişdir.

ERP

Məhsulun hazırlanması zamanı müxtəlif fəaliyyət istiqamətlərinə, o cümlədən texniki cəhətdən mürəkkəb çoxşahəli istehsala sahib böyük müəssisələrin tələb etdiyi funksional imkanların reallaşdırılmasına xüsusi diqqət yetirilmişdir.  Belə yanaşma yeni ERP-həllinin imkanlarını və tətbiq sahəsini “1C:İstehsalat müəssisəsinin idarə edilməsi” 1.3 redaksiyası ilə müqayisədə əhəmiyyətli dərəcədə genişləndirməyə imkan vermişdir.

  • Müəssisənin idarə edilməsi üzrə yeni altsistem – əməliyyat səviyyəsində sexlər arası keçidlər üzrə idarəetmə, marşrut vərəqələri, işəsalma partiyalarının idarə edilməsi, iş üçün qrup tapşırıqları və fərdi tapşırıqlar, operativ dispetçerləşdirmə, “dar sahələr” üzrə idarəetmə, yükləmənin idarə edilməsi, kvant müddətinə qədər planlaşdırma, qeyri-dəqiq normativlərlə işə hazırlıq işlənib hazırlanmışdır.
  • Təmirin təşkil edilməsi üçün altsistem – təmir obyektlərinin uçotu, müəyyən müddət üzrə iş həcminin qeydiyyatı, cari və plandan kənar təmir işlərinin uçotu, istehsalat altsistemi ilə inteqrasiya – avadanlığın əlçatanlıq qrafikləri işlənib hazırlanmışdır.
  • Xərc və maya dəyərinin hesablanması sisteminin inkişaf etdirlməsi – ilkin xərclərin həcminə qədər detallaşdırılması, əyanilik və hesablamanın əsaslandırılmasına nəzarət.
  • Maliyyə vəsaitlərinin idarə edilməsi üzrə altsisteminin inkişaf etdirilməsi – fəaliyyət istiqamətləri nöqteyi-nəzərindən uçot, sorğuların razılaşdırılması mərhələləri, çevik bölüşdürmə qaydaları, ekvayrinq (satınalma) əməliyyatları.
  • Büdcələşdirmə mexanizmlərinin və alətlərinin təkmilləşdirilməsi – büdcələşdirmənin cədvəl modeli, versiyalaşdırma, plan göstəricilərinin hesablanması, məlumatların şərh edilməsi.
  • Müəssisənin əmtəə-anbar fəaliyyətinin avtomatlaşdırması üçün altsistemin inkişaf etdirilməsi – satış və müştəri ilə saziş proseslərinin səmərəliliyinin idarə edilməsi, quraşdırılan avtomatik qiymətqoyma imkanları, reqlamentləşdirilmiş satış proseslərindən istifadə edilməsi, müştəri sifarişlərinin geniş idarə edilməsi, ticarət nümayəndələrinin idarə edilməsi, satış prosesləri vəziyyətinin monitorinqi, sifarişlər üzrə xüsusi uçot – ehtiyacların rezervləşdirilməsi, anbar işçilərinin mobil iş yerləri, çoxdövriyyəli taranın uçotu, ehtiyatların statistik təhlili, çatdırılmanın idarə edilməsi və əmtəə təqvimi (“Ticarətin idarə edilməsi”, 11.1 redaksiyası).
  • Reqlamentləşdirilmiş uçotun altsisteminin inkişaf etdirilməsi – maliyyə uçotu qrupları üçün təsərrüfat əməliyyatlarının əks etdirilməsi qaydalarının müəyyən edilməsi, əks etdirmənin aktuallığına təxirə salınmış nəzarəti həyata keçirməklə təsərrüfat fəaliyyəti faktlarının uçotu, ixtiyari sənəd üçün uçot əməliyyatının formalaşdırılmasına operativ nəzarət, təşkilatın xüsusi bölmələri ilə hesablaşmalar (79 hesab), əlavə tənzimləmələr olmadan “mürəkkəb” ƏDV uçotunun avtomatik dəstəklənməsi, mənfəət vergisi üzrə bəyannamənin və reqlamentləşdirilmiş hesabatların izah edilməsi.
  • Personalın idarə edilməsi və əmək haqqının hesablanması hissəsində məhsulun imkanlarını təkmilləşdirilməsi – ştat cədvəlinin aparılması, əmək haqqının əməkdaşların məhsuldarlığı məlumatlarına əsasən hesablanması, əmək haqqının maliyyə uçotunda və reqlamentləşdirilmiş uçotda əks etdirilməsi üçün çevik imkanlar.
  • “1C:Müəssisə” platformasının 8.3 versiyasının yeni imkanlarından istifadə edilməsi –  “nazik” müştəri rejimi və veb-müştəri rejimində iş dəstəklənir.
© Copyright 2016, All Rights Reserved. Powered by Caspian Accounting & Consulting Services