Mühasibatlıq 8-in Azərbaycan üçün FCHAIN:1C xarakteristikası, redaksiya 3.0

ÜMUMİ TƏSVİR

Konfiqurasiya, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olan mühasibat uçotunun hesablar planını tətbiq edən kommersiya təşkilatında icbari (reqlamentləşdirilmiş) hesabatların hazırlanması daxil olmaqla mühasibat və vergi uçotunun avtomatlaşdırılması üçün nəzərdə tutulmuşdur.

Konfiqurasiya, əgər mühasibatlıq xidməti müəssisədə uçota, o cümlədən, məsələn ilkin sənədlərin verilməsinə, satış uçotuna və s. görə tam cavabdehdirsə, müəssisənin mühasibatlıq xidmətinin bütün tapşırıqlarının həllini təmin edir.

Hesabların tərkibi, hesablarda analitik, valyuta, kəmiyyət uçotunun təşkili mühasibat uçotunun aparılması və hesabatlarda məlumatların əks etdirilməsi üzrə qanunvericiliyin tələblərinə uyğun gəlir. Ehtiyac olduqda, istifadəçilər müstəqil surətdə əlavə subhesablar və analitik uçotun kəsimlərini yarada bilər.

Accounting

Konfiqurasiyada “1C:Müəssisə” platformasının 8.3 versiyasının imkanlarından, o cümlədən aşağıdakılardan istifadə edilir:

  • fərqləndirici xüsusiyyətləri interfeysin müasir dizaynı, müxtəlif həllərə malik monitorlarda iş məkanın maksimuma çatdırılması, iri şrift, naviqasiyanın rahatlığı, öz iş məkanının müstəqil olaraq təşkil etmək imkanı olan yeni “Taksi” interfeysinin dəstəklənməsi;
  • nazik və veb-müştərinin dəstəklənməsi;
  • əsas “hesablayıcı” yükləmənin serverə ötürülməsi və müştərinin resurslarından qənaətlə istifadə edilməsi;

Uçotda təsərrüfat əməliyyatlarının əsas əks etdirilmə üsulu ilkin mühasibatlıq sənədlərinə uyğun proqram sənədlərinin daxil edilməsidir. Bundan başqa, ayrı-ayrı uçot əməliyyatlarının birbaşa daxil edilməsinə icazə verilir.

Proqramın köməyi ilə bir neçə təşkilatın təsərrüfat fəaliyyətinin mühasibat və vergi uçotunu aparmaq olar. Hər bir təşkilat üzrə uçotu ayrıca məlumat bazasında aparmaq olar. Eyni zamanda, konfiqurasiya bir neçə müəssisənin – hüquqi şəxsin uçotunun aparılması üçün ümumi məlumat bazasından istifadə etmək imkanını təqdim edir. Əgər təsərrüfat fəaliyyətləri öz aralarında sıx bağlıdırsa, bu rahatdır: ümumi əmtəə siyahılarından, kontragentlərdən (işgüzar tərəfdaşlardan), işçilərdən, anbarlardan (saxlama yerlərindən) və s. istifadə etmək olar.

İMKANLAR

  • Maddi-istehsal ehtiyatlarının uçotu

Malların, materialların və hazır məhsulun uçotu MUQ 5 (Mühasibat Uçotu üzrə Qaydaları) “Maddi-istehsal ehtiyatlarının uçotu”na və onun tətbiq edilməsi üzrə metodik göstərişlərə əsasən həyata keçirilmişdir  Maddi-istehsal ehtiyatlarının silinməsi zamanı onların qiymətləndirilməsi üzrə aşağıdakı üsullar dəstəklənir:

  • orta maya dəyəri üzrə,
  • Maddi-istehsal ehtiyatlarının ilk əldə edilmə vaxtına əsasən maya dəyəri üzrə (FİFO üsulu).

FİFO qiymətləndirmə üsullarının dəstəklənməsi üçün maddi-istehsal ehtiyatlarının uçot hesablarında partiyalı uçot aparılır. Müxtəlif qiymətləndirmə üsulları hər bir təşkilat üçün müstəqil olaraq tətbiq edilə bilər.

  • Anbar uçotu

Anbarlar üzrə kəmiyyət və ya kəmiyyət-məbləğ uçotu aparıla bilər. Birinci halda anbarlar üzrə qalıqları yalnız kəmiyyət ifadəsində görmək olar, malların və materialların mühasibat və vergi uçotu məqsədləri üçün qiymətləndirilməsi isə onların hansı anbardan alınmasından asılı deyil. Kəmiyyət-məbləğ uçotu zamanı malların və materialların hər bir anbar üzrə mühasibat və vergi uçotu məqsədləri üçün qiymətləndirilməsi ayrıca olaraq hesablanır – hər bir anbarın öz orta qiyməti olacaqdır. Anbar uçotuna ehtiyac olmadıqda onu söndürmək olar.

Proqramda uçot məlumatları ilə avtomatik olaraq tutuşdurulan inventarlaşdırma nəticələrini əks etdirmək olar. İnventarlaşdırma əsasında artıqlıqların aşkar edilməsi və əskik gəlmənin silinməsi əks etdirilir.

  • Ticarət əməliyyatlarının uçotu

Malların və xidmətlərin daxil olması və satışı uçotu avtomatlaşdırılmışdır. Malların satışı zamanı ödəniş üçün hesablar (invoyslar) yazılır, fakturalar və ƏDV-fakturaları rəsmiləşdirilir.  Topdansatış ticarət üzrə bütün əməliyyatlar alıcılar və təchizatçılarla müqavilələr kəsimində nəzərə alınır. İdxal malları üçün onların mənşə ölkəsi və gömrük bəyannaməsinin nömrəsi haqqında məlumatlar nəzərə alınır.

Konfiqurasiyada bir neçə qiymət növündən istifadə dəstəklənir, məsələn: topdansatış, kiçik topdansatış, pərakəndə satış, satınalma və s. Bu, daxil olma və satış əməliyyatlarının əks etdirilməsini asanlaşdırır.  Nomenklaturanın artikullar üzrə aparılması imkanı təqdim edilir.

  • Bank və kassa əməliyyatlarının uçotu;

Nağd və nağdsız pul vəsaitlərinin və xarici valyuta əməliyyatlarının hərəkətinin uçotu həyata keçirilmişdir. Ödəniş tapşırıqlarının və tələblərinin, kassa mədaxil və kassa məxaric orderlərinin daxil edilməsi və çapı dəstəklənir. Pul sənədlərinin uçotu həyata keçirilmişdir.

Kassa sənədləri əsasında müəyyən edilmiş nümunəyə uyğun kassa kitabı formalaşdırlır.

Təchizatçılar, alıcılar və hesabat verilməli şəxslərlə hesablaşmalar üzrə əməliyyatlar, hesablaşma hesabına nağd vəsaitlərin daxil edilməsi və pul qəbzi üzrə nağd vəsaitlərin alınması, xarici valyutanın əldə edilməsi və satışı avtomatlaşdırılmışdır Əməliyyatlar əks etdirilərkən ödəniş məbləğləri avtomatik olaraq avans və ödənişə bölünür.

Azərbaycan Respublikasının Mərkəzi Bankından valyuta məzənnələrinin avtomatik yüklənməsi həyata keçirilmişdir.

  • Kontragentlərlə hesablaşmaların uçotu

Kontragentlərlə hesablaşma hesablarında kontragentlər, müqavilələr, hesablaşma sənədləri kəsimində analitik uçot aparılır. Həm bütövlükdə müqavilə üzrə, həm də qarşılıqlı hesablaşmaların konkret sənədi üzrə avansın avtomatik hesablanması dəstəklənir. Müqavilə üzrə borcun ödənməsi üsulunu bilavasitə ödəmə sənədlərində göstərmək olar. Avansın hesablanması üsulu daxilolma və satış sənədlərində göstərilir.

Təchizatçılar və alıcılarla hesablaşmaların uçotunu manatla və xarici valyutada aparmaq olar. Hər bir əməliyyat üzrə məzənnə fərqi avtomatik olaraq hesablanır.

  • Əsas vəsaitlərin və qeyri-maddi aktivlərin uçotu

Uçot üzrə əsas əməliyyatlar avtomatlaşdırılmışdır: daxilolma, uçota qəbul, amortizasiyanın hesablanması, modernləşdirmə, hesabdan silmə, inventarlaşdırma.

  • Əsas və köməkçi istehsalatın uçotu

Əsas və köməkçi istehsalatın buraxdığı məhsulun və xidmətlərin maya dəyərinin hesablanması avtomatlaşdırılmışdır. Bir ay ərzində buraxılmış hazır məhsulun uçotu planlı maya dəyəri üzrə aparılır. Ayın sonunda buraxılmış məhsulun və göstərilmiş xidmətlərin faktiki maya dəyəri hesablanır.

  • ƏDV uçotu

İrəli sürülmüş və təqdim edilmiş ƏDV üçün mühasibat əməliyyatının hesablanması və formalaşdırılması avtomatlaşdırılmışdır. Müxtəlif ƏDV dərəcələri mövcuddur, uçot ƏDV-fakturaları kəsimində aparılır.

  • Əmək haqqının uçotu

Əmək haqqının tamdəyərli uçotu avtomatlaşdırılmışdır. Əməkdaşların işə qəbul edilməsi, işdən çıxarılması, işə gəlməməsi, kadr yerdəyişməsi əməliyyatları mövcuddur.

Əmək haqqının avtomatik hesablanması zamanı əsas əmək haqqı, iş cədvəlləri (o cümlədən, fərdi), planlı və birdəfəlik üstəliklər, planlı və birdəfəlik tutulmalar, məzuniyyətlər (o cümlədən, müxtəlif məzuniyyət növləri), xəstəlik vərəqələri nəzərə alınır.

Hesablanmış əmək haqqı əsasında bank və ya kassa vasitəsilə ödəniş etmək imkanı mövcuddur. Hər bir əməkdaş üzrə şəxsi hesablar açılmışdır.

  • Ayın tamamlayıcı əməliyyatları

Ayın sonunda yerinə yetirilən reqlamentləşdirilmiş əməliyyatlar, o cümlədən, valyutanın yenidən qiymətləndirilməsi, gələcək dövrlər üçün xərclərin silinməsi, maliyyə nəticələrinin müəyyən edilməsi və s. avtomatlaşdırılmışdır. Ayın bağlanması üçün köməkçi ayın bağlanması üzrə zəruri reqlament əməliyyatlarını müəyyən etməyə və onları düzgün ardıcıllıqla yerinə yetirməyə imkan verir. Reqlament əməliyyatının yerinə yetirilməsi zamanı uçotun düzgünlüyü üzrə əlavə yoxlamalar aparılır. Uçot xətaları aşkar edildiyi halda xətanı ətraflı təsvir edən, sənədləri və ya problemin həlli üçün dəyişdirilməsi tələb ediləcək quraşdırmaları göstərən mesajlar əks olunur.

  • Standart hesabatlar

Konfiqurasiya istifadəçiyə qalıqlar, hesab dövriyyələri və ən müxtəlif kəsimlərdə mühasibat əməliyyatları üzrə məlumatları təhlil etməyə imkan verən standart hesabatlar toplusu təqdim edir.  Hesabatların tərtib edilməsi zamanı təşkilatın fəaliyyətinin xüsusiyyətindən və istifadəçinin yerinə yetirdiyi funksiyalardan asılı olaraq hesabata salınan məlumatın qruplaşdırılmasının, seçiminin və çeşidlənməsinin tənzimlənməsi imkanı mövcuddur.

© Copyright 2016, All Rights Reserved. Powered by Caspian Accounting & Consulting Services