Əmək haqqın hesablanması

Financial Chain Corportion (F-Chain) personalla hesablaşmaların idarə edilməsi üzrə bütün tapşırıqlar spektrini yerinə yetirməyə hazırdır. Şirkətimizlə əməkdaşlıq çox sadə və rahatdır. Təkliflərimizin səmərəliliyi zamanın sınağından keçmiş, biznesin müxtəlif sahələrində ixtisaslaşan beynəlxalq və yerli təşkilatlarla uğurlu təcrübə ilə təsdiq edilmişdir.

Personalla müntəzəm hesablaşmaların idarəedilməsi istənilən biznesin mühüm tərkib hissəsidir. Axı işin keyifyyətlə görülməsi üçün əməkdaşları həvəsləndirmək lazımdır, əmək haqqının əldə edilməsi isə ən yaxşı stimuldur. Şirkətimizin əməkdaşları istənilən sayda ştatı olan müəssisələr üçün əmək haqqı fondunun hesablamasını aparacaqlar. Biz, müəssisənizdə tətbiq edilən istənilən növ əlavələri, tutmaları, mükafatları operativ, şəffaf və son dərəcə dəqiq şəkildə hesablaya bilərik. Şirkətimizlə sərfəli şərtlərlə əməkdaşlıq sayəsində siz, Əməyin Ödənişi Fondundan (ƏÖF) vergilərin və ödəmələrin düzgün hesablanmaması nəticəsində müvafiq orqanlara təhrif edilmiş hesabatlar təqdim edən müəssisə sahibkarları üçün nəzərdə tutulmuş cərimələrdən və məsuliyyətdən azad olacaqsınız. Bu zaman hesablamaların mürəkəbbliyi şirkətimiz tərəfindən təqdim edilən xidmətlərin dəyərinin artmasına səbəb olmayacaq. Baza paketinə müəssisənizin təsərrüfat fəaiyyətinin effektiv surətdə aparılması üçün zəruri olan bütün xidmətlər daxildir.

Əmək haqqının hesablanması üzrə xidmətlər

Əmək haqqının hesablanması, rüsumların və vergilərin hesablanması üzrə xidmətlər, hesabatların formalaşdırılması və təqdim edilməsi – personalın effektiv idarəedilməsi sisteminin bir hissəsidir. Mütəxəssislərimiz sahibkarın biznes-mühitində qiymətli vaxtına qənaət etməsinə şərait yaradaraq bu funksiyanı öz üzərilərinə götürməyə hazırdılar. Əmək haqqının hesablanması üzrə autsorsinq sisitemi kadrların idarəedilməsi üzrə layihələrlə birlikdə yüksək nəticələrə zəmanət verən əla kompleks həlldir. Saytda göstərilən əlaqə vasitələri ilə müraicət edərək əmək haqqı üzrə hesablamaları şirkətimizin peşəkarlarına etibar edin və biznesinizin səmərəliliyinin atrmasından şübhə etməyə bilərsiniz. Fərdi surətdə müəyyən edilən münasib qiymətlərlə autsorsinq xidmətlərinin geniş spektri sizə nəinki müəssisənizin əməkdaşları üçün əmək haqqının hesablanmasını qaydaya salmağa imkan verəcək, eləcə də ümumilikdə müəssisənizin idarəetmə sistemini yaxşılaşdırmağa xidmət edəcəkdir. Bu təklifdən artıq bizim yüzlərlə müştərimiz faydalanıb, çünki bu həqiqətən də işə yarayır! Məhsuldar və qarşılıqlı faydalı əməkdaşlığa hazırsınızsa, sirkətimizin mütəxəssisləri artıq indidən sizə yüksək peşəkarlıq, müştərinin istənilən arzusuna operativ reaksiya, sahibkarların maraqlarına dəqiq xidmət etmək, çevik qiymətlər və fəaliyyətin tam şəffaflığını təklif etməyə hazırdılar.

Sadəcə, bizimlə əlaqə saxlayın və biz məhz sizin şirkətinizə lazım olan təklifin seçilməsinə yardım edəcəyik. Təklif etdiyimiz variantlardan hansını seçməyinizdən asılı olmayaraq, F-Chain – biznesinizin səmərəliliyini yüksəltməyin ən etibarlı yoludur!

© Copyright 2016, All Rights Reserved. Powered by Caspian Accounting & Consulting Services